Created by: Rotera Group

Manşet

Xarici ölkədə təhsil almış həkim-mütəxəssislər dövlət tibb müəssisələrində işə cəlb olunacaq

admin

Paylaşıldı:

| Tarix:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” təsdiq edilib.

Proqramda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə cəlb olunması nəzərdə tutulur. Cəlb olunacaq həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının tibb müəssisələrində çalışan yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.

Proqram üzrə müraciət edən və ya tibb müəssisələri tərəfindən təqdim olunan həkim-mütəxəssislərin işə qəbulu Agentlik tərəfindən təsdiq olunan Komissiya tərəfindən aparılacaq. Seçim zamanı üstünlük Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə və ölkə üzrə tibbi ərazi bölmələri mərkəzlərinə verilir. Proqram çərçivəsində hər il üzrə prioritet ərazilərdəki tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur.

Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500,0  manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000,0  manatdan az olmamaq şərtilə müəyyən olunur.

Məsələn, terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir. Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir.

Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir. Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir.

Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

Proqram çərçivəsində orta və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması da əsas hədəflərdən biridir. Belə ki, tibb müəssisələrində çalışan orta tibb işçiləri və biomedikal sahəsi üzrə mühəndislərin ixtisaslarının artırılması məqsədilə Türkiyə Cümhuriyyətinin aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Hər il 50 nəfər orta tibb işçisi və 30 nəfər biomedikal sahəsi üzrə mühəndis müvafiq tibb müəssisəsinin rəhbərinin təqdimatı əsasında Komissiya tərəfindən seçilərək təlimlərə cəlb olunacaq.

Ardını oxu
Şərh bildir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əməliyyatxana

Rinoplastikanı riskli edən əsas amillər…

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Plastik həkim- lor cərrah Tələt Şəfiyevin əməliyyatında Medicaltv.az olaraq iştirak etdik. Lor cərrah həm bizim, həm də izləyicilərin suallarını cavabladı. Plastik və funksional əməliyyatlar şəkər xəstələri, onkoloji və psixoloji problemləri olanlar və yoluxucu virus xəstəliyindən əziyyət çəkənlər üçün riskli sayılır. Bundan başqa əməliyyat zamanı yaş və üz cizgiləri də mühüm əhəmiyyət daşıyır: “Rinoplastika burunun həcmi, yaş və dəridən çox asılıdır. Dərinin qalın və nazik olması da mühüm məsələdir. Qalın dəriyə malik olanlarda həmin proses daha çox problemli olur. Burun çox əyri deyilsə, travmaya məruz qalmayıbsa, daha gözəl nəticə almaq mümkündür. Rekonstruktiv əməliyyat nəticəsində burun çəpəri, toxumalar deformasiya olunaraq normal vəziyyətə gətirilir”.

Plastik cərrahiyyəyə xanımlarla yanaşı kişilər də üz tutur. Onların arasında sağlamlıqla əlaqədar müraciətlər də olur. Həkimin dediyinə görə, nəfəsalmada çətinlik yaradan burun ətlərini vaxtında müalicə etmək lazımdır: “Nəfəsalmada problem burunda balıqqulaqlarının şişməsi, çəpər əyriliyi və eyni vaxtda onların ikisinin də olması nəticəsində yarana bilər. Çəpər əyriliyi uşaqlıqdan yaranan travmanın nəticəsidir. Həmin əməliyyat xanımlarda 17, oğlanlarda 18 yaşından sonra əməliyyat oluna bilər”.

Müsahibimiz onu da qeyd edib ki, bu yolla aparılan əməliyyatlar zamanı burun funksiyası bərpa olunur. Nəzərə almaq lazımdır ki, həm plastik, həm də funksional burun əməliyyatlarından sonra ilk altı ay mütləq həkimin təyin etdiyi burun damcılarından istifadə olunmalıdır. Əməliyyatdan sonra eynək və digər aksesuarlardan istifadə edərkən diqqətli olmaq lazımdır, əks halda burunun üzərində iz qala bilər.

Ardını oxu

Həkimlər

Göz üstü və gözaltı plastik əməliyyat – Bella eyes və yaxud da Badam göz …

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Gözətrafı əməliyyat gənclik və cazibədarlığın qapılarını açan qızıl açara bənzəyir. Gözətrafı deformasiyalar insana yorğun, bitkin və yaşlı görkəmi verir. Klassik göz qapağı estetikası və kombinə edilmiş qaş qaldırma əməliyyatları çox vaxt 30 yaşdan sonra icra edildiyi halda badəm göz əməliyyatı isə daha gənc yaşlarda icra edilə bilər. Bu əməliyyat daha dinamik və cazibədar görkəmə sahib olmağa imkan yaradır.
Lanset Cərrahlıq klinikasının plastik-estetik cərrahı Rəşad Abbasəliyev  gözüstü və gözaltı blefaroplastika əməliyyatından danışdı.

“Müəyyən yaşdan sonra insanlarda həm üst, həm də alt göz qapağında bəzi problemlər ortaya çıxır. Bu zaman yaranan problemlə bağlı müraciətlər olunur, biz də qüsurlara uyğun əməliyyat aparırıq. Bundan başqa, son zamanlar bir çox xanımlar, daha çox “badam göz” deyilən göz forması ilə bağlı müraciət edirlər. Hətta elə olur ki, biz özümüz də bu göz formasını pasientə məsləhət görürük. Çünki gözlər, üzdə önəmli rol oynayır. Bəzi insanlarda gözün kənarları aşağı doğru sallanır və bu da həmin şəxslərdə özlərinə qarşı kompleks yaradır. Bu zaman həmin insanlarda gözün kənarları yuxarı dartılaraq badəm göz forması verilir”.

Badem Göz Estetiği - Badem Göz Ameliyatı - Op. Dr. Cahit Vural
Badəm göz əməliyyatı yuxarıda təsvir edildiyi kimi, xarici kantal strukturda kiçik kəsik yolu ilə icra edilirək, yuxarıya və bayıra dartılır. Kantus adlandırılan struktur sümüklərə və ya sümük membranına bərkidilir. Bununla da uzunmüddətli nəticə əldə olunur. Beləliklə, baxış daha enerjili görünür, göz qapaqları bayıra doğru dartılır və göz iri görünür. Amma hədsiz gərilməyə görə qeyri-estetik nəticədən çəkinmək lazımdır.

Ardını oxu

Əsas

Quru göz xəstəliyi nədir?

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin yaxşı olmamasıdır. Gözlərdə batma hissi ilə özünü göstərən bu xəstəlik, kornea səthində problem olması və gözqapağı funksiyalarının pis işləməsi nəticəsində yaranır.

Hazırda bu xəstəliyə də gənclər arasında şox rast gəlinir. Sırf bu səbəbdən xəstəlik və onun müalicəsi üçün suallarımızı Lanset klinikasının oftalmoloqu Zümrüd Həsənovaya ünvanladıq.

Göz quruluğu olaraq adlandırılan, tibdəki adı ilə “quru göz xəstəliyi” gözyaşının gözqırpma ilə parçalana bilməməsi və keyfiyyətinin aşağı olması nəticəsində yaranır. Həkim qeyd edir ki, göz yaşlarının gözqoruma funksiyasının yox olması ilə gözlər infeksiyaya daha həssas olur. Bu səbəblə göz yaşını qorumaq və gözü nəmli tutmaq vacibdir.

40 yaşından yuxarı qadınlarda və havanın çirkli olduğu şəhərlərdə daha çox görülən quru göz xəstəliyi hər kəsdə eyni əlamətləri ilə özünü göstərmir. Səhərlər gözlərdə yaranan qaşıntı, yanma, gözdə batma hissi ən çox baş verən simptomlardır. Müalicə edilmədiyi zaman göz sağlamlığına zərər verir.

Ardını oxu

Çox oxunanlar