Əsas

Arıqladıcı çayların ağır fəsadları: qaraciyər və böyrəklərin zədələnməsi, psixi pozulmalar…

Paylaşıldı:

| Tarix:

Arıqlamaq üçün detoks çaylar, müxtəlif bitki qarışıçmları böyrəklər üçün ölümcül ola bilər.

Lanset.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Vasilisa Ponomaryova qadınları xəbərdar edib.

“Müasir firma çaylarında daha çox senna bitkisi və işlədici təsirli otlar istifadə olunur

Senna təbii ot olsa da, uzun müddət istifadə etdikdə, qaraciyər və böyrəkləri zədələyir.

Digər yayılmış bitki biyan köküdür, dəvətikanı və s.

Bir çox istehsalçılar arıqlama detoks çaylarını BAD kimi qeydə alır, dərman deyil.

Belə məhsullar isə ciddi nəzarətdən keçmir, bazara asan ayaq açır.

Onlar müxtəlif reklamlarla çayları elə təqdim edirlər ki, insanlar sağlam arıqlayacağını düşünür.

Hətta həmin məhsulda bir işlədici bitki olsa belə, tez-tez içmək kəskin fulminant qaraciyər çatışmazlığı qazandırır.

Ümumiyyətlə qaraciyəri detoks edir kimi təqdim olunan məhsullardan uzaq durun.

Belə çayları davamlı içəndən sonra əzginlik, sarılıq, psixi pozulmalar, qarında şişkinlik, qarının yuxarısında ağrı olarsa, mütləq həkimə gedin”.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC