Əsas

Burun əməliyyatı Rinoplastika – Lor cərrah Cabir Cabarlı

Paylaşıldı:

| Tarix:

Burun əməliyyatının səbəbi nə olursa olsun, rinoplastikada əsas məqsəd əməliyyatın sonunda burun hava yolunun optimal şəkildə işləməsini təmin etməkdir. Əməliyyat zamanı burnun formasının dəyişdirilməsi, deformasiyaların aradan qaldırılması və ya bir hissəsinin formasının dəyişdirilməsi kimi əməliyyatlardan biri və ya bir neçəsi tətbiq oluna bilər.

Burun əməliyyatını düşünənlərin rinoplastika cərrahı tərəfindən ediləcək müayinə zamanı burun toxumalarının estetik əməliyyata uyğun olub – olmadığı yoxlanılmalıdır. Ən kiçik bir müdaxilə çox əhəmiyyətli nəticələr verdiyi üçün burun emeliyyatı mütləq bu sahədə ixtisaslaşmış ən yaxşı rinoplastika cərrahı tərəfindən edilməlidir.

Həm kişilərə, həm də qadınlara tətbiq oluna bilən rinoplastika mürəkkəb əməliyyatdır. Gözlənilən nəticəni tam əldə etmək üçün 6 aydan 12 aya qədər bir müddət lazımdır. Bu proses burundakı əməliyyatın ölçüsünə, burundakı toxumaların quruluşuna və ya problemin görə dəyişir.

Lor cərrah Cabir Cabarlı əməliyyatdan sonra ağrılar haqqında danışarkən, öz əməliyyatlarından sonra çox pasientlərdə ağrıların olmadığını vurğuladı.Amma təbii ki, orqanizm individualdır və hər kəsin reaksiyası fərqlidir. Lor cərrah əməliyyatan sonra rezin tamponların ağrını xeyli azaltdığını və şişkinliklərin tez aradan qalxmasına səbəb olduğunu bildirdi.

Rinoplastika əməliyyatında funksional səbəblər olmadan yalnız kosmetik narahatlıq varsa, uyğun burun əməliyyatı yaşı burun qığırdağının inkişafına görə təyin olunur. Qızlarda bu inkişafın yaş həddi 17 olduğu halda, oğlanlarda bir az daha uzun çəkə bilər. Nəfəs alma problemi varsa, burun əməliyyatı gənc yaşlarda edilə bilər.

Burun əməliyyatına və əməliyyatından sonrakı dövrə mənfi təsir edə biləcək başqa bir davranış tütün istifadəsidir. Siqaret tüstüsü həm sağalma prosesini ləngidir, həm də tərkibindəki nikotin olan damarların daralmasına səbəb olur, nəticədə sağalma dövründə toxumaların oksigen və qanla təchizatı azalır. Sağlam bir sağalma dövrü üçün əməliyyatdan əvvəl və sonrakı dövrdə siqareti dayandırmaq tövsiyə olunur.

Geniş üstünlük verilən 2 fərqli rinoplastika texnikası var:

  • Bunlardan birincisi aciq rinoplastikada burun dəlikləri arasında kiçik bir kəsik edilir və bu kəsik vasitəsilə cərrahın baxış bucağı genişləndirilir. Ümumiyyətlə açıq rinoplastika texnikasına daha əvvəl burun deformasiyası olan və ya daha əvvəl fərqli burun estetik əməliyyatı keçirmiş şəxslərə üstünlük verilir. Açıq texnikanın ən böyük üstünlüyü baxış bucağının daha geniş olmasıdır. Ancaq sağalma prosesi daha uzun olur və əməliyyatdan sonra ödem, göyərmə kimi problemlər daha böyük olur.
  • Başqa bir üsul olan qapali rinoplastikada kəsik burun dəliklərinin içərisində qalacaq şəkildə düzəldilir. Cərrahın baxış sahəsi azdır, amma sağalma müddəti daha azdır və əməliyyatdan sonra burunda tikiş yoxdur. Daha kiçik deformasiyaların korreksiyası üçün ümumiyyətlə qapalı rinoplastika texnikasına üstünlük verilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC