Əsas

Cavanlıq İKSİRİ tapıldı

Paylaşıldı:

| Tarix:

Sibir küknarı terpenləri (terpen – tərkibində 10 və daha çox karbon atomu olan,
təbiətdə çox rast gəlinən doymamış karbohidrogenlərdir) otofaqiya prosesinə
təkan verərək insan bədənini təmizləyə bilər.
Bu barədə “Initium-Pharm” tədqiqat və istehsal şirkəti ilə Rusiyanın Engelhardt
adına Molekulyar Biologiya İnstitutunun alimləri məlumat yayıb. Tədqiqatçılar bu
nəticəyə gəlib ki, küknarın biokimyəvi proseslərə təsir qüvvəsi və xüsusiyyətləri
onu gənclik və uzunömürlülük iksiri axtarışında bir inqilab adlandırmağa imkan
verir.


Elm adamları iynəyarpaqlı bitkinin köklərində və gövdəsində olan terpenləri
araşdırıb. Küknarların 4000 il yaşadığı və köhnə bir ağacın hüceyrələrinin gənc
bitkinin hüceyrələrindən fərqinin olmadığı ortaya çıxıb. Terpenlər aşağı
konsentrasiyalarda istifadə edildikdə belə, ağciyər toxuma hüceyrələrində
cavanlaşma başlayır. Bu, bədənin koronavirus infeksiyası və qrip də daxil
olmaqla müxtəlif yoluxucu xəstəliklərdən sağalmasının asanlaşması deməkdir.
“Otofaqiyanın funksional olmayan hüceyrələri təkrar emal etdiyini və bununla da
enerji homeostazını necə qoruduğunu gördük. Bunun sayəsində hüceyrələrdə
zərərli maddələrin, həmçinin virusların yığılmasının qarşısı alınır. Bir insanın
ömrünü əhəmiyyətli dərəcədə artıra biləcək “gənclik iksiri”ni kəşf etmək
ərəfəsindəyik”, – “Initium-Pharm” şirkətinin elmi layihələrinin rəhbəri Fania
Maqanova əlavə edib.
Bəzi elm adamlarının fikrincə, hüceyrələrdəki otofaqiya stressdən qaynaqlanır.
Məsələn, tez-tez oruc tutmaq və ya müntəzəm şəkildə idmanla məşğul olmaq

bunun mənbəyi ola bilər. Bununla birlikdə, bədənin cavanlaşmasını
stimullaşdıran bu metodun qanunauyğunluğu mübahisəli məsələdir. Araşdırma
müəllifləri isə Sibir küknarı terpenlərinin otofaqiyaya çox tez və təhlükəsiz şəkildə
təkan verəcəyinə ümid edirlər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC