Əsas

Damarlarda trombların əmələ gəlməsi çox təhlükəli haldır.

Paylaşıldı:

| Tarix:

Qan laxtası olan tromb damarın divarından qopa bilər və qan axını ilə digər daha nazik damara düşərək onu tam bağlaya bilər. Əgər belə hal ürək, beyin, ağciyər damarında baş verərsə bu insanın ölümünə səbəb ola bilər.

Trombların əmələ gəlməsinin əsas səbəbləri qan laxtalanmasının pozulması, cərrahi əməliyyatlar, travmalar, infeksiyalar, yüksək təzyiq, azhərəkətli həyat tərzi, səhv qidalanmadır.

Medical TV  Health.News-a istinadla xəbər verir ki, mütəxəssislər damarlarda trombların əmələ gəlməsi riskini azaltmaq üçün qidalanamaya sarıkök, acı istiot, çia və kətan toxumlarını əlavə etməyi tövsiyə edirlər.

Həmçinin tromblaşmanın qarşısını almaq üçün fiziki hərəkətliliyini artırmaq, kifayət qədər su içmək (gündə ən azı 1 l), daha çox lifli qidaları (meyvə, tərəvəz, göyərti, paxlalılar) istehlak etmək lazımdır.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC