Əsas

HƏR SAATA 1 STƏKAN SU IÇƏRƏK SAĞLAM OL

Paylaşıldı:

| Tarix:

Gün ərzində su içməkdə çətinik çəkirsinizsə bunu hər saatda 1
stəkan olaraq qəbul edə bilərsiniz. Xüsusilə isti havada
orqanizminizi su ilə təmin etmək çox vacibdir.Bu kimi kiçik
nüanslara diqqət etməklə özünüzü bir çox xəstəliklərdən və
pozulmalardan qoruya bilərsiniz. Ən yaxşı seçim isə təbii, təmiz
və qazsız sulardır.Əgər qaynamış su istifadə edirsinizsə, o zaman
diqqətdə saxlayın ki, su çox qaynamamalıdır. İlk qabarcıqlar
əmələ gələn kimi çaydanı oddan götürün. Qaynanmış suyu 12
saatdan artıq saxlamayın.
Suyu asta-asta kiçik qurtumlarla içmək lazımdır. Çox soyuq su
içmək olmaz. Bu sağlamlığınız üçün zərərlidir. Hər zaman
yanınızda su saxlayın. Alimlər hər saata 1 stəkan su ilə özünüzə
verəbiləcəyiniz faydaları açıqlayıb. Medicaltv.az sizə hər 1
saatdan bir 1 stəkan su içməyin MÜHÜM FAYDALARI-nı təqdim
edir:


1. Arıqlama
Bu qaydaya əməl etməklə siz artıq çəkidən xilas ola bilərsiniz. Su
iştahanı azaldır, mübadilə proseslərini sürətləndirir. Bunlar isə
arıqlamağa kömək edir.
Bundan əlavə suyun tərkibində kalori yoxdur. Bu səbəbdən şirin
qazlı içkiləri, şirələri və s. təmiz su ilə əvəz etməklə siz daha az
kalori qəbul edəcəksiniz.
2. Sağlam ürək və damarlar
Amerika alimlərinin 6-illik araşdırması göstərib ki, gün ərzində 5
stəkandan az olmayaraq təmiz su içən insanlarda ürək-damar
xəstəliklərinin inkişafı riski 40% azalır.
Suyun kifayət miqdarda qəbulu qanı duruldur, qan damarlarda
daha sərbəst dövr edir ki, bu da ürəyə və damarlara olan
gərginliyi azaldır.
Lakin bu sağlam insanlara aiddir. Bəzi ürək-damar sistemi
xəstəlikləri zamanı həkimlər əksinə suyun miqdarını azaltmağı
tövsiyə edirlər.
3. Gümrahlıq
Susuzlaşma insanı yorğun, zəif edir. Bu səbəbdən özünüzü hər
zaman gümrah hiss etmək istəyirsinizsə, su için.
4. Baş ağrılarını azaldır

Bir çox hallarda baş ağrılarının səbəbi məhz suyun az miqdarda
qəbulu və orqanizmin susuzlaşması olur.
5. Cavan və sağlam dəri
Suyun az miqdarda qəbulu ilk növbədə dərimizə mənfi təsir edir.
Dəri tez qocalır, cansız və solğun görünür, dərinin rəngi pisləşir,
səpgilər əmələ gəlir.
Dərinizi cavan, gözəl, təmiz və sağlam saxlamaq istəyirsinizsə,
hər 1 saatdan bir 1 stəkan su için. Yalnız 1 həftə ərzində bu
qaydaya əməl etsəniz, effekt görə bilərsiniz.
6. Həzm sisteminin normal fəaliyyəti
Normal həzm prosesləri üçün kifayət qədər maye lazımdır.
Bəzən uzun müddət ərzində xroniki qəbizlikdən əziyyət çəkən
insanlar suyu kifayət miqdarda qəbul etməyə başladıqda bu
problemdən qurtulurlar.
7. Orqanizmin təmizlənməsi
Su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır
mealların duzları və s.) mexaniki olaraq təmizləyir. Ziyanlı
maddələrin orqanizmdə toplanması bir çox xəstəliklərin riskini
artırır.
8. Sağlam böyrəklər
Böyrəklərin sağlamlığı üçün suyun kifayət miqdarda qəbulu
olduqca çox vacibdir. Böyrəklər qanı təmizləyir, orqanizmdə filtr
funksiyasını yerinə yeririr. Susuzlaşma qanın qatılaşmasına
səbəb olur. Bu isə böyrəklərin işini çətinləşdirir.
Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi böyrək xəstəlikləri
zamanı suyun qəbulunu məhdudlaşdırmaq lazımdır.
9. Xərçəngin riskini azaldır
Çoxsaylı elmi araşdırmalar göstərib ki, kifayət miqdarda adi təmiz
su içən insanlarda istənilən növ xərçəngin riski azalır.
Vacib şərh! Suyu digər mayelərlə (çay, şirələr və s.) əvəz
etməyin. Bu lazım olan effekt verməyəcək.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC