Əsas

İnfarkta səbəb ola biləcək vərdişlər açıqlanıb

Paylaşıldı:

| Tarix:

Bir sıra vərdişlər ürək əzələsi olan miokardın infarktına gətirib çıxara bilər.

Bunu EQK mütəxəssisi Zöhrab Sultanov MEDİCAL TV-ə bildirib.

Onun sözlərinə görə, ürək problemlərinin yaranmasına təsir edən amillərdən biri gündəlik yeməkləri evdən kənarda yeməkdir.

Restoran və ya kafedə insan daha çox qeyri-sağlam qidaları seçir. Mütəxəssis bildirir ki, ekspertlər çörək və kokteyllərdən imtina etməyi, daha sağlam içliklərə üstünlük verməyi, kiçik porsiyalar sifariş etməyi məsləhət görürlər.

Zöhrab Sultanov ürəyin sağlamlığı üçün həftədə ən azı iki-üç saat idmanla məşqul olmağı məsləhət görür.

Bu, o cümlədən qan təzyiqini normaya salır və qanda xolesterini azaldır. Həkim spirtli içki qəbulunu məhdudlaşdırmağa və stressdən qaçmağa çağırıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC