Əsas

Ovuclarına bax, xəstəliyini gör – Qaraciyər, öd, ürək…

Paylaşıldı:

| Tarix:

Mütəxəssislər bildirir ki, insan özü də bədənində baş vermiş dəyişikliklərlə səhhətində problemin başladığını vaxtında görə bilər.

Medical TV  ovucların içinə baxmaqla hansı xəstəlikləri təyin etməyin mümkün variantlarını təqdim edir.

– Əgər barmaqlar, dırnaqlar göyərirsə, qan dövranı zəifləyib, oksigen çatmır. Bu aşağı hemoqlobin, ürək-damar xəstəliyinə işarədir. Kardioloq və terapevtə getmək vaxtıdır.

– Barmaqların ucları enlənir (barabanların çubuğları kimi), dırnaqlar qabarırsa (saat şüşəsinə bənzəyir) – bu ağır ürək xəstəliyinin, ürək çatışmazlığının əlamətidir.

– Ovuclar tez-tez tərləyirsə, parlayırsa – qalxanvari vəzi problemi var. Endokrinoqa getmək və şəkəri də yoxlatmaq lazımdır.

– Barmaqların sümükləşməsi, bərkiməsi, əyilməsi, sümük çıxıntısı – osteoporoz, sümük əriməsi əlamətidir. Bütün oynaqlar, xüsusən bel, çanaq yoxlanmalıdır.

– Biləyin, əlin şişməsi – beyində törəmə və başqa problem əlamətidir. Xüsusən 50 yaşından sonra rast gəlinirsə, dərhal həkimə müraciət etmək lazımdır.

– Barmaq oynaqlarının şişməsi, podaqranın, artritin əlaməti ola bilər.

– Əllərin içi qırmızıdırsa – qaraciyər, öd problemidir

– Eləcə də sarı ovuclar – hepatit, sirroza işarə ola bilər.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC