Əsas

Payızda insan niyə süst olur? – Enerji defisitinin səbəbləri

Paylaşıldı:

| Tarix:

Tərkibində vitamin və minerallar olan düzgün qidalanma, həmçinin düzgün yuxu rejimi payız yorğunluğundan qurtulmağa kömək edəcək. Bu əsas prinsiplər kömək etmirsə, deməli, endokrin sistemdə problem, depressiv pozğunluq, anemiya, hətta hər hansı xəstəliklər ola bilər.

“Medicina” xəbər verir ki, pəhrizdə dəyişiklik də payız süstlüyünün səbəbi ola bilər. Yay, meyvə, giləmeyvə və tərəvəz mövsümüdürsə, soyuq dövrdə daha çox yağlı və yüksək kalorili qidalara meyillilik yaranır.
Orqanizm sağlamlıq üçün vacib olan vitamin və mineralları qəbul etmir. Səhhətinizi yaxşılaşdırmaq, pəhrizi tənzimləmək və mümkün çatışmazlığı kompensasiya etmək üçün qanda vitamin səviyyəsini yoxlayın. Əvvəlcədən diaqnoz qoymadan vitaminləri təkbaşına qəbul etmək tövsiyə edilmir, çünki onların artıqlığı orqanizmə zərər verə bilər.

Həkimlər bildirir ki, D vitamini xüsusi diqqətə layiqdir, onun çatışmazlığı nəticəsində müxtəlif bədən sistemlərinin işi pozulur.

D vitamini, əsasən balıq və yumurtada olur, həmçinin ultrabənövşəyi şüaların təsiri altında istehsal olunur. Bu maddənin çatışmazlığı gündüz saatlarının azalması səbəbindən yarana bilər. Testlər verərək yoxlaya bilərsiniz. Düzgün qidalanma və yaxşı yuxu sizi yorğunluqdan xilas etmirsə, həkimə müraciət etmək tövsiyə olunur. Payız yorğunluğunun başqa bir səbəbi qalxanabənzər vəzindəki pozğunluqlar, dəmir çatışmazlığı anemiyası, post-covid sindromu da ola bilər.

İnsan, təbii ki, özünü bərpa etməyi bacarmalıdır, çünki biz başqa bir dünyada yaşayırıq, biz ibtidai insanlar deyilik və ibtidai “proqram”larımızın ardınca getməyə ehtiyac yoxdur. Yuxu rejiminə əməl edin, sinir sisteminə istirahət verin, yaxşı yeyin, kifayət qədər yatın və idmanla məşğul olun. Stress və gündəlik gərginliklərin kifayət qədər çox olduğu bir zamanda yalnız sağlam həyat tərzi orqanizmin sağlamlığını qorumağa yardım edər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC