Əsas

Plastik estetik cərrah Rəşad Abbasəliyev – bədənşəkilləndirmə əməliyyatı haqqında

Paylaşıldı:

| Tarix:

Analıq, hər qadının dünyada yaşaya və dadmaq istədiyi ən gözəl duyğulardan biridir. Hər qadının xəyallarını bəzəyən hamiləlik dövrü və balasını ilk qucağına alışı ağıllardan silinməz. Körpənin artıq böyüməsi ilə birlikdə qadının hamiləlik əsnasında bədənində olan dəyişikliklər və şişkinlik geriləməyə başlayar. Bəzi qadınlar genetik bədən quruluşuna bağlı qısa müddətdə köhnə formasını geri qazanar ancaq bəzi qadınların bədən quruluşu buna uyğun deyildir. Qarın bölgəsində olan yağlanma, sallanma və çatlar əmələ gəlir və qalıcı olur.

Zaman içində verilən kilolar və sallanmalar körpəsinə baxan ana üçün stress yarada bilər və özünə inamsızlığa səbəb ola bilər. Daha dərin vəziyyətlərdə qadınlar depressiyaya belə girə bilir. İndiki vaxtda edilən cərrahi xidmətlərlə bu cür və bənzəri problemlərə plastik cərrahlar bütün bədən şəkilləndirmə əməliyyatları ilə köməyə tələsir.

Bəzi hallarda edilən diyetlər və idman xarici görünüşün istənilən ölçülərə gəlməsinə köməkçi olmaya bilir. Belə vəziyyətlərdə bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyatları, kombinə əməliyyatlar tətbiq edilərək bədəni yenidən şəkilləndirib formaya salmaq mümkündür.Mövzu ilə bağlı söhbətimiz Lanset Cərrahlıq Klinikası-nın plastik estetik cərrahı Rəşad Abasəliyevlə davam edəcək. Qısa olaraq bədənşəkilləndirmə əməliyyatı haqqında məlumat verəcəyik. Bu mövzu haqqında ardıcıl  şəkildə davamlı məlumatlar paylaşılacaq. 

Bütün bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyatları Protezli və ya protezsiz məmə dikləşdirmə, qarın gərmə, bud gərmə, Liposaksiya (yağ alma) kimi əməliyyatlar ilə kombinə edilir.

Xüsusilə doğum sonrası bəzi qadınlarda həddindən artıq dəri və yağ sallanmaları meydana gələ bilər. Qarın divarına gərginlik verən və daxili orqanların xaricə doğru şişməsini önləyən əzələlər,olması lazım olduğundan çox daha zəifləyər. Həkimin edəcəyi əməliyyat sonunda göbək dəliyi altında qalan sallanan,çatlaq dəri və yağ toxumaları çıxarılır, qarın bölgəsi və divarındakı əzələ toxuması gərginləşdirilər.

Doğum sonrası bədənin bəzi bölgələri həddindən artıq yağlanır və ya öncədən var olan yağlanma itməz. Qarın, bel, omba, joker bölgəsi, diz iç qisimi xüsusilə yağlanmağa uyğun olan və ən son əriməyə başlayan bölgələrdir. Ciddi idman belə nəticə verməz və hətta maddələr mübadiləsini belə poza bilər. Bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyatında istifadə olunan “Liposaksiya” (yağ alma) ilə gözəl nəticələr alına bilir..

Xüsusilə çox kilo aldıqdan sonra qarını,süd vəziləri, ayaqları və ya qolları sallanmış, bədənində həddindən artıq piylənməsi olan,diabeti olmayan, ürək və ağciyərlərində problem olmayan xəstələrimizə bu əməliyyatı etmək mümkündür.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC