Əsas

Saç tökülməsinin səbəbləri və çarəsi

Paylaşıldı:

| Tarix:

Saç tökülməsi başlayıbsa, əvvəlcə bunun səbəblərini araşdırın. Saçlarınız niyə tökülür?

Saç tökülməsinin səbəbləri

  • Stress (əsəbilik)
  • Vitaminsizlik
  • Hamiləlik və südvermə dövrü
  • Hormonal pozulma.

Əgər sizdə əsəb pozulması varsa, 1 ay müddətində gündə 3 dəfə yeməkdən əvvəl əsəb sakitləşdirici çay (Sedativ çay) içməyinizi məsləhət görürəm.

Vitamin və mineral çatışmazlığını aradan qaldırmaq üçün mövsümi meyvələr və göyərtilər yemək önəmlidir. Əgər sizdə qurd xəstəliyi varsa, nə qədər meyvə yeyilsə də xeyri olmayacaq. Mütləq qurdlardan yaxa qurtarmaq lazımdır. Bunun üçün 10 gün müddətində gündə 3 dəfə Teazol çayı içməyinizi məsləhət görürəm. 1 aydan sonra müalicəni təkrar edin.

Hamiləlik dövründə saçlar

Hamiləlik və laktasiya dövrlərində lazımi dərəcədə meyvə, tərəvəz, göyərti yeyilsə, əsəblərinizi qorusanız saç tökülməsi olmayacaqdır.

Hormonal pozulma zamanı qanda α-5 – reduktaza fermentinin miqdarı artır, bu da qanda dihidrotestesteronun miqdarını artırır, sonuncu saç diblərinin reseptorlarına təsir edir və keçəllik baş verir. Bu zaman  fermentləri blokadaya almaq lazım gəlir, bunun üçün cırtdan palma meyvəsinin ekstraktından istifadə olunur. Bu zaman kişilərdə həm də prostat problemləri baş qaldırır.

Bütün bunlardan əlavə saçlara normal qulluq olunmalı, saç diblərini dərinləşdirən vasitələr həmişə istifadə edilməlidir. Əgər saçlarınızın canlı, sağlam olmasını istəyirsinizsə, yuyunmazdan 2-3 saat əvvəl saçlarınızın diblərini qara zirə yağı ilə masaj edin. Yumazdan əvvəl 1 xörək qaşığı bibəriyyə, tapmasanız lavanda bitkisini 2 stəkan suda dəmləyin, üzərinə 2 xörək qaşığı alma sirkəsi əlavə edin. Yuduqdan sonra bu dəmləmə ilə saçlarınızı yaxalayın, sonra su tökməyin. Saçlarınızın soğanaqları dərinləşəcək, qaşınma və kəpək götürüləcək, saç tökülməsi dayanacaqdır.

Saç tökülməsinin ən yaxşı müalicə üsullarından biri də başdan 3 yerdən həcəmət olunmaqdır. Bu zaman baş dərisinin qidalanması artır, dərialtı mübadilə yaxşılaşır və saçtökülmə aradan qalxır. Hətta yeni tökülmüş saçlar belə yenidən bərpa olunur.

Yuyunan zaman çalışın dəfnə sabunu ilə yuyunasınız, bu sabun tam təbii olmalıdır və nəinki saç, bütün dəri problemləri zamanı istifadə oluna bilər.

Saçların bərpası üçün maska

Bu maska yeni tökülmüş saçları bərpa edir və yeni ağarmağa başlamış saçları qaraldır:

  • Kənd yumurtasının sarısı – 1 ədəd
  • Alma sirkəsi – 2 xörək qaşığı
  • Gənəgərçək yağı – 2 xörək qaşığı
  • İtxiyarı meyvəsi (xiyərək) – 1 ədəd

Bunları bir-birinə qarışdırın, başınıza çəkin, 2 saat gözləyin, əgər yandırsa daha az gözləyə bilərsiniz və yaxud it xiyarının yarısını istifadə edə bilərsiniz. Bu maskanı həftədə 3 dəfə edə bilərsiniz. İtxiyarını tapmaq mümkün olmadıqda maskanı onsuz da hazırlayıb istifadə etmək olar.

 

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC