Əsas

Stress zamanı orqanizmdə bunlar pozulur – Nə etməli?

Paylaşıldı:

| Tarix:

Stres insan orqanizmində “pis” xolesterinin səviyyəsini artıra bilər.

Bunu ingiltərəli tanınmış nutrisioloq Timoti Leqq bildirib.

“Belə ki, insan əsəbi olanda kortizol hormonu və adrenalin ifraz olunur, bu da trigliserid yağların ifraz olunmasına gətirib çıxarır. Bu yağlar orqanizm üçün əsas enerji mənbəyidir, lakin onların artıqlığı insanlar üçün təhlükəli olan “pis” xolesterinin əmələ gəlməsinə səbəb olur”, – ekspert izah edib.

O qeyd edib ki, serotonin və dopamini sərbəst buraxmaq üçün idman etmək və sağlam qidalanmaq lazımdır.

Qidalanma mütəxəssisi narahatlıq səviyyəsini azaltmaq üçün həmçinin banan, brokoli, ispanaq, avokado və tünd şokolad istehlak etməyi tövsiyə edib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC