Created by: Rotera Group

Əsas

Öd kisəsi əməliyyatını vacib edən səbəblər

admin

Paylaşıldı:

| Tarix:

İnsanın orqanizmində öd kisəsinin mühüm rolu var.Öd öd turşularından ibarәtdir. Sağlam orqanizimdə öd qaraciyərdən öd kisəsinə axır,burda yığılaraq müəyyən konsentrasiyaya çatır. Öd hәzm proseslәrindә iştirak edir. Öd kisәsi rezervuar (anbar) funksiyasını yerinә yetirir. Hәzm prosesinin aktiv dövründә öd kisәsi ödü maksimal hәcmdә onikibarmaq bağırsağa ifraz edir. İnsan müntәzәm qida qәbul etmәdikdә, qida qәbulları aralarında uzun mәsafәlәr saxladıqda, tez-tez quru yemәklәri yedikdә, öd kisәsindә durğunluq yaranır. Bunun nәticәsindә öd kisәsindә iltihab proseslәri inkişaf edir vә daşlar әmәlә gәlir.  Təəssüf ki,öddaşı xəstəliyinin sonu çox vaxt öd kisəsinin xaric olması ilə başa çatır.Öd kisəsinin çıxarılması bu gün dünya üzrə aparılan cərrahi əməliyyatlar arasında ikinci yerdədir.

Alınan məlumata görə, öd kisəsi çıxarılandan sonra öd qaraciyərdən qaraciyər və ümumi öd axarları ilə birbaşa on iki barmaq bağırsağa daxil olur,onun qatılığı daha azdır və yalnız az miqdarda qida üçün həzm şirəsi rolunu oynaya bilir.Əgər xəstə düzgün qidalanma rejiminə riayət etməsə,öd qaraciyərdə yığılır.Bu zaman qaraciyərin daxili axarlarında iltihab prosesi və hətta orada daşın yaranma təhlükəsi baş verir.Məhz buna gorə əməliyyatdan sonra xəstəyə az-az,həm də tez-tez yemək tövsiyə edilir.Çünki hər qida qəbulu-ödün onikibarmaq bağırsağa daha fəal axmasına bir növ təkandır.Əməliyyatdan sonrakı ilk 3-4 ayda orqanizm yeni həzm qaydalarına yavaş-yavaş öyrəşir.Artıq xəstəxanada müalicəvi qidalanma təyin edilir.

Əməliyyatdan sonrakı ilk saatlarda-aclıq,10-12 saatdan sonra-az miqdarda duru yemək (yağsız bulyon,şorba,kisel), 3-4 gündən sonra-suda bişib sürtgəcdən keçirilmiş tərəvəz,ət və balıq püresi,durulaşdırılmış sıyıqlar.Təxminən 2-3 həftə ərzində xəstənin həm qida rasionu genişlənir,həm də normaya salınır.Bununla belə,xəstə ən azı 2-3 ay ərzində sulu yeməklərə,qidalara üstünlük verməlidir.Öd kisəsi əməliyyatından sonra şorba,kompot,kisel daxil olmaqla gün ərzində 1,5-2 litrdən çox maye qəbul etmək olmaz. Ödqovucu təsir gostərən içkilər:-itburnu,zirinc (barbaris) dəmləmələri,meyvə və tərəvəz,xüsusən də pomidor şirəsi, almadan,qara gavalıdan,qaysı qurusundan kompot içmək xeyirlidir. İnsanın ödü öd turşularından ibarətdir. Ödün hasili qara ciyərin öd axarlarında baş verir. Oradan öd öd kisəsinə və sonra isə onikibarmaq bağırsağa daxil edilir.

Alınan məlumata görə, öd həzm proseslərində iştirak edir. Öd kisəsi rezervuar (anbar) funksiyasını yerinə yetirir. Həzm prosesinin aktiv dövründə (bu zaman onikibarmaq bağırsağı mədədə qismən həzm olunmuş qida ilə dolur) öd kisəsi ödü maksimal həcmdə onikibarmaq bağırsağa ifraz edir.

Həkim daha sonra bildirir ki, insan müntəzəm qida qəbul etmədikdə, qida qəbulları aralarında uzun məsafələr saxladıqda, tez-tez quru yeməkləri yedikdə, öd kisəsində durğunluq yaranır. Bunun nəticəsində öd kisəsində iltihab prosesləri inkişaf edir və daşlar əmələ gəlir. Öd kisəsinin divarları nazikləşir və bu zaman öd çoxlu miqdarda yığıldıqda kisə yırtıla bilər. İnfeksiyalaşmış öd qarın boşluğuna düşür. Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki, belə ağır fəsadları gözləmək lazım deyil. Planlı şəkildə aparılan əməliyyatdan sonra xəstə daha tez adi həyata qayıdır və əməliyyatdan sonra yarana bilən fəsadların ehtimalı da azalır.

Sonda həkim vurğaladı ki, öd kisəsi xaric olunduqdan sonra (xolesistektomiya) insan ömrünün sonuna qədər pəhriz saxlamamalıdır. Öd kisəsi olmadıqda öd yollarında kompensator genişlənmə olur və bu genişlənmə öd kisəsinin yoxluğunu hiss elətdirmir.

Beləliklə, öd kisəsi xaric olunduqdan sonra insan həmişə pəhriz saxlamalıdır?

XEYR. Sadəcə qida qəbullarının tezliyini artırmaq lazımdır. Öd yalnız qida qəbulundan sonra bağırsağa daxil olunduğuna görə qidanı gün ərzində 5 dəfədən az olmayaraq qəbul etmək lazımdır,bir ay müddətində. Qida qəbullarının arasında uzun fasilələr olmamalıdır deyə doktor müsahibəsinə əlavə edib.

Ardını oxu
Şərh bildir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əsas

Mədə ağrısının səbəblərindən biri – Qastrit.

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Qastrit mədənin iltihabi xəstəliyidir.Mədə soyuqladıqda, qidalanma gigyenası pozulduqda bu xəstəliklə qareşılaşa bilərik. Ac qalma, yeməklər arasında fasilənin çox olması, quru yeməklər, kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma da bu faktorlara aiddir. Streslər, uşaqda daxili diskomfort (tənhalıq, yalqızlıq hissi, valideynlər arasında olan pis münasibətlər) halları da qastritin inkişafına təkan verə bilər.

Əksər hallarda qastritin törədicisi “helikobakter pilori” bakteriyası olur. Bu bakteriyaya öpüşmək, ümumi qab-qacaq, natəmiz əllər və s. vasitəsilə yoluxma mümkündür. Yoluxmadan sonra bir neçə il ərzində xəstəlik heç bir əlamətlərlə özünü büruzə verməsə də, mədənin selikli qişasında iltihab prosesi inkişaf etməkdə davam edir. Sonradan isə ağrılar meydana çıxır.

Xroniki qastrit

Qastrit zamanı qarında sızıltılı ağrılar, gəyirmə, ağızdan qıcqırmış pis iyin gəlməsi, iştahasızlıq əlamətləri müşahidə edilir. İlk simptomlar əmələ gələn kimi tez bir zamanda həkimə müraciət etmək məsləhət görülür.

Xroniki qastrit

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə diyetanın (pəhrizin) saxlanılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Əlamətləri nəzərə alaraq əsasən süd və süd məhsulları, xörəklərdən, xüsusilə ət xörəkləri yaxşı bişmiş, yəni suda bişirilmiş halda, tərəvəz və meyvə şirələrinə üstünlük verilməlidir. Qızardılmış, yağlı, çox yüksək kalorili, həzmi çətin olan, qıcıqlandırıcı qidalardan, yəni çox ədviyyatlı kəskin yeməklərdən çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Bu xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar da ağızdan yox, inyeksiya ilə qəbul edilsin.

 

Ardını oxu

Əsas

Liposaksiya- dəb və risklər …

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Daha bir əməliyyat zamanı plastik -estetik cərrah Rəşad Abbasəliyev ilə həmsöhbət olduq. Pasientləri daha çox maraqlandıran əməliyyatdan sonrakı ağırlaşmalar haqqında suallarımızı həkimə ünvanladıq. Təbii ki, bütün cərrahi müdaxilələr özlüyündə bir risk daşıyır. Xanımlar ideal görünüşə sahib olmaq istəyirlər. Medicaltv.az komandası olaraq Lanset.az saytında sizə mütəmadi olaraq bu prosedurlar haqda məlumat verir, həkimlərimizin işlərini yayımlamağa çalışırıq. Xanımların ən çox müraciət etdikləri əməliyyatlardan biri  liposaksiya  əməliyyatıdır. Bu prosedur vasitəsilə xanımlar bədənin müxtəlif nahiyyələrindəki artıq piylərdən azad olurlar. Plastik-estetik cərrah Rəşad Abbasəliyevlə liposaksiya proseduru və onun riskləri haqqında ətraflı müzakirələr apardıq.

Lipospaksiya prosedurunun riskləri

Hər bir cərrahi əməliyyatda olduğu kimi liposaksiya da müxtəlif risk və fəsadların gözlənilə biləcəyi bir əməliyyatdır.

  • Pasiyent seçimi – dəri tonusu çox zəif, yanaşı tibbi problemləri olan, artıq çəki və liposaksiyanın verə bilməyəcəyi nəticələri tələb edən pasiyentlər bu əməliyyat üçün yararsız sayılır.
  • Qanaxma – nadir hallarda olsa da, əməliyyat zamanı və ya sonrası yarana bilər, əməliyyatdan sonra olduğu hallarda cərrahi müdaxilə və qan köçürülməsi lazım ola bilər. Əməliyyatdan 10 gün əvvəl qan durulducu, qeyri steroid iltihab əleyhinə preparatların qəbulu dayandırılmalıdır.
  • İnfeksiya – çox nadir hallarda rast gəlinir. Olarsa, antibiotiklər ilə aradan qalxır, çox az hallarda cərrahi müdaxilə tələb oluna bilər.
  • Dəri hissiyyatında azalma – hissiyyatda azalma ola bilər. Demək olar ki, bütün hallarda sərbəst olaraq aradan qalxır. Olduqca az hallarda tam itməsi rast gəlinə bilər.
  • Çapıq – əməliyyat sonrası gözəl bir yara sağalması gözlənilsə də, dəridə və ya daha aşağı qatlarda anormal çapıq əlamətləri ola bilər. Belə hallarda əlavə müalicə və bəzən də cərrahi müdaxiləyə ehtiyac duyulur.
  • Dəridə olan nahamarlıq – liposaksiyadan sonra kontur əyrilikləri və nahamarlıqlar ola bilər. Dəridə gözlə görünən və əllə hiss edilən qırışlar yarana bilər. Belə halların profilaktikası üçün əksər hallarda əməliyyatdan bir müddət sonra xüsusi fizioterapevtik (kavitasiya, elektroferez, masaj və s.) təyin olunur. Onu da qeyd edək ki, bu proseslər bəzi cərrahlar tərəfindən mütləq şəkildə təyin olunur. Nadir hallarda cərrahi müdaxiləyə ehtiyac olur.
  • Asimmetriya – liposaksiyadan sonra bədənin simmetrik görünümü olmaya bilər. Buna səbəb dəri tonusu, sümük çıxıntıları, əzələ tonusu, liposaksiyadan sonra yarana ödem və bərkimiş sahələrin qeyri-bərabər olması və geriyə sorulmanın da qeyri-bərabər getməsidir. Aparılan fizioterapevtik müalicələrlə zamanla bunlar adətən aradan qalxır, amma təkrar liposaksiyaya da ehtiyac ola bilər.
  • Ağciyər ağırlaşmaları – liposaksiya zamanı yağ damcılarının ağciyər damarlarını tıxaması (yağ emboliyası) və ya trombların hesabına yaranan emboliya olduqca çox nadir hallarda müşahidə olunur, bu vəziyyəti öncədən söyləmək mümkün deyil, bəzi hallarda isə ölümcül də ola bilər.
  • Dəri nekrozu – nadir hallarda rast gəlinir. Ultrasəs liposaskyalarında daha çox müşahidə olunur. Təkrari cərrahi mdaxilə tələb oluna bilər.
  • Seroma – liposaksiyadan sonra dəri altında nəzərə çarpmayacaq dərəcədə maye yığılması olur ki, bu da adətən heç bir iz qoymadan sorulur. Nadir hallarda isə daha çox yığılır ki, bu zaman təkrarı punksiyalara ehtiyac ola bilər.
  • Allergik reaksiyalar – çox nadir hallarda sarğılara, tikiş materiallarına, dərman preparatlarına qarşı yarana bilər. Bu zaman lazımi müalicələrin alınması tələb oluna bilər.
  • Uzun zaman nəticələri –  yaşlanma, çəki alma və ya azalma, hamiləlik, ümumi sistem xəstəliklərindən sonra dəyişikliklər yarana bilər.
  • Cərrahi anesteziya – həm yerli, həm də ümümi anesteziya ilə aparıla bilər ki, bunların da özünəməxsus riskləri vardır. Bəzi hallarda əməliyyatdan sonrakı nəticələr pasiyentlərin gözlədiyi kimi olmaya bilər. Bununla əlaqədar təkrar, korreksiyaedici əməliyyatlara ehtiyacın yaranması mümkündür.

Ardını oxu

Əsas

Sinə dikləşdirmə əməliyyatı.

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Plastik stetik cərrahiyyə günümüzdə xanımları ideal görnüşə qovuşduran prosedurdur. Əməliyyatlar vasitəsilə xanımlar onları narahat edən görüntüdən xilas olaraq komplekslərindən azad olurlar. Təbii ki, hər əməliyyatın öz qayası və göstərişi var. Bu gün Lanet Cərrahlıq klinikasının plastik-estetik cərrahı Rəşa Abbasəliyev qısa da olsa sinə dikləşdirmə əməliyyatı haqqında danışacaq.

Qadınlarda yaşın irəliləməsi, hormonal problemlərin yaşanması, doğumdan sonra körpə əmizdirmək, sürətli kilo alıb vermək və daha bir çox səbəbdən ötəri sinələrində sallanmalar meydana gələr. Bundan əlavə bəzi qadınlarda doğuşdan sinələri daşıyan bağların zəif olması ilə əlaqədar onlarda çox erkən yaşlarda sinələrində sallanma müşahidə edilir.  Əməliyyat xaricində sinələri yığacaq və dikləşdirəcək heç bir üsul yoxdur. Dükanlarda bəzi sinə dikləşdirici adı altında kremlər satılmaqdadır, ancaq təsirli deyil. Sinənizi idman məşqləri ilə bir az dikləşdirə bilərsiniz. Mütəmadi idmanla məşğul olsanız sinənizin əzələləri yığılır və bir az da olsa normal görünüş əldə edə bilərsiniz.  İz buraxmayan bir əməliyyat növü yoxdur. Bu əməliyyat izi çox kiçik olduğundan müəyyən zaman müddətində rəngi solğunlaşacaq və çox bilinməyəcək. Əslində estetik sinə dikləşdirmə əməliyyatında sinə ətrafınızın böyüklüyü və sinələrinizin sallanması əməliyyat izi ölçüsünü təyin edən ən böyük faktordur.

Döş dikləşdirmə əməliyyatından sonra 1 həftə evdə istirahət etməlisiniz. Bu bir həftə içərsində sinələrinizi məcbur edəcək hərəkətlər etməməyə, qollarınızı yanlara və yuxarıya doğru çox açmamağa, yerdən ağır bir şey qaldırmamağa diqqət etməlisiniz.

Döş dikləşdirmə əməliyyatı üçün qeydlər:

• Döş dikləşdirmə əməliyyatı 1 – 2 saat davam edir.

• Sinə dikləşdirmə əməliyyatından sonra eyni gün xəstəxanadan evə buraxıla bilərsiniz.

• Sinə dikləşdirmə əməliyyatından sonra ilk 10 gün içində bənövşəyilik və şişliklər ola bilər.

• Əməliyyatdan 4 gün sonra sarğını aça bilərsiniz.

Ardını oxu

Çox oxunanlar