Əməliyyatxana

Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə

Paylaşıldı:

| Tarix:

Plastik cərrahi, estetik və rekonstruktiv cərrahi (bərpa cərrahisi) ilə əlaqədardır. Kosmetik cərrahi normal bədən strukturunu yenidən formalaşdıraraq insanın görünüşünü və özünü qavrayışını inkişaf etdirir. Rekonstruktiv cərrahi isə doğuşdan ya da sonradan ortaya çıxan səbəblərlə meydana gəlmiş normal olmayan bədən strukturları üzərində tətbiq edilir və birinci məqsədi bədən strukturlarının funksiyalarını mümkün olduğu qədər geri gətirməkdir.

Xarici görünüş müasir həyatda vacib bir ünsür halına gəlmişdir; və bu səbəblə günümüzdə insanlar sadəcə ruhi olaraq deyil, xarici görünüşləri ilə də özlərini yaxşı hiss etmək istəməkdədirlər. Estetik cərrahi xoşa getməyən bədən strukturlarını yenidən formalaşdıraraq insanın görünüşünü və özünə baxışını inkişaf edə bilər.

İnsan sosial bir varlıqdır və insanın özünə baxışı sosial münasibətlərinə və bütün həyatınə birbaşa təsir göstərir. Özünə baxışın yaxşı istiqamətdə dəyişməsi insanın sadəcə cəmiyyət içində deyil, yalnız başına olduqda da daha çox özü ilə barışıq, xoşbəxt və özünə inamlı olmasını təmin edir. Özünə baxışından məmnun olan insanlar işlərində daha səmərəli olur, münasibətlərində özlərini etibarlı və dəyərli hiss edərək digər insanlara daha müsbət yaxınlaşır. Nəticədə, insanın özü, ətraf mühiti və həyatla olan münasibəti daha sağlam və səmərəli olacaqdır.

Gözəllik zaman və məkan ilə dəyişən şərti bir qavrayışdır. Estetik cərrahinin lazımi olub olmamağı o insanın öz qərarıdır. Estetik cərrahlar bu mərhələdə öz elmi yığım və təcrübələrini ortaya qoyaraq insanı məlumatlandırır, məntiqli və əldə edilə bilən bir alternativə istiqamətləndirirlər.

Estetik cərrahi insanın özünə baxışını inkişaf etdirir və özünə inamını artıraraq özü və ətraf mühiti ilə daha yaxşı münasibət içində olmasını təmin edir, həmçinin daha barışıq bir həyat sürməsinə kömək edir. Bu bölmə də tez tez tətbiq edilən estetik cərrahi əməliyyatlara ümumi bir baxış yaratmaq məqsədilə hazırlanmışdır.

Estetik cərrahinin bu cür tətbiqlərinin çoxu kosmetik məqsədlərlə yerinə yetirilən əməliyyatlar olsa da, ümumiyyətlə eyni zamanda kökündə həqiqi tibbi bir məqsəd də daşıyırlar; və hər proses daima özünə məxsus xassələrə malikdir. Bununla bərabər, sadəcə estetik məqsədli deyil, hər cür cərrahi əməliyyatda bir miqdar müəyyənsizlik və risk də vardır. Bu riskləri ortadan qaldırmaq, ancaq mövzu haqqında məlumat almaqla və əməliyyatdan qabaq və ya sonra sahəsində təcrübəli olan doktorunuzun tövsiyələrinə tam olaraq riayət etməklə mümkündür.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC