Created by: Rotera Group

Ginekologiya

USM ginekologiyada – dəqiq müayinə metodudur

admin

Paylaşıldı:

| Tarix:

Xəstə və həkimlər arasında daha çox populyarlığı USM xüsusən mama və ginekologiyada qazanıb. O, yüksək düzgünlüklə iltihabi xəstəliklərə və inkişaf anomaliyalarına diaqnoz qoymağa, kiçik çanaq şışlərini hətta skrininq müayinələri zamanı aşkarlamağa imkan verir.

USM metodu digər şüa diaqnostikası metodları arasında möhkəm yer tutub. Onun populyarlığı bunlarla izah olunur:

  • alınan nəticələrin düzgünlüyü və informativliyi əksəriyyət xəstəliklərdə patoloqoanatomik müayinələrlə üst-üstə düşməsi (85-100% hallarda);
  • proseduranın əlçatan, nisbətən sadə və qeyri-invaziv olması;
  • informasiyanın real zaman kəsiyində alınması;
  • diaqnostik və bəzi müalicəvi manipulyasiyaların vizual nəzarət altında aparılmasının mümkünlüyü;
  • müayinənin ümumən qısa vaxt ərzində aparılması zamanı toxuma və orqanizmə neqativ təsirin olmaması;
  • digər şüa diaqnostikası metodlarına nisbətən ucuz maya dəyərinin olması.

Ginekologiyada ultrasəs müayinəsi aşağıdakı hallarda məsləhətdir:

  1. Menstrual tsiklin pozulması və xarakterinin dəyişmələrində (çox və ya az, vaxtından qabaq və ya gecikmələrdə), hansıki, yumurtalıq funksiyalarının pozulmasının, mioma və ya digər törəmələrin, endometrium və ya uşaqlıq boynu polipinin və s. əlamətləri ola bilər.
  2. Ağrılı aybaşı endometriozun və ya iltihabi xəstəliklərin simptomu olduqda, uşaqlığın, uşaqlıq borularının, yumurtalıqların və kiçik çanaq boşluğunun iltihabına şübhə olduqda.
  3. İfrazat və/və ya qarnın aşağı şöbələrində ağrı olduqda; onlar boru hamiləliyində, borunun burulmasında, kiçik çanaqda iltihab və ya bitişmə prosesi olduqda, şişlərdə, yumurtalıq kistalarında ola bilər.
  4. Uşaqlıq və artımlarının anadangəlmə inkişaf qüsurlarının, hamiləliyin diaqnostikası və dölün inkişafının dinamik müşahidəsi məqsədilə.
  5. Sonsuzluğun səbəblərinin kompleks diaqnostikasında.
  6. Oral kontraseptivlərin qəbulu zamanı və ya uşaqlıqdaxili spiralın düzgün yerləşməsinə şübhə olduqda ağırlaşmaların vaxtında qarşısının alınması üçün.
  7. Sidik ifrazının pozulmalarında, həmçinin sidik qaçırmada.
  8. Diaqnostik qaşınmadan, hamiləliyin medikamentoz və ya instrumental pozulmasından əvvəl və sonra.
  9. Simptomsuz keçən xoş- və bədxassəli şişləri aşkarlamaq məqsədilə aparılan profilaktik müayinələr zamanı.

Ginekologiyada USM-in müxtəlif növləri ayrı-ayrı sensorlar vasitəsilə həyata keçirilir. Məqsədlərindən və akustik yolun şəraitindən asılı olaraq müayinənin üç növü ayırd edilir:

  1. Vaginal USM (uşaqlıq yolundan), standart sensor istifadə edilir. Kiçik çanaq orqanlarınn vizualizasiyası bu metodla daha aydındır. Bu, sidik kisəsini boşaldıb sensoru uşaqlıq yoluna yeritməklə aparılır. Əksər hallarda transvaginal USM tətbiq edilir.
  2. Qarından və ya transabdominal USM — sensorla manipulyasiya qarın divarının aşağı şöbələrinin səthilə, sidik kisəsi dolu vəziyyətdə aparılır. Bu metod əsasən kiçik çanaqda böyük ölçülü törəmələr olarkən istifadə olunur.
  3. Transrektal USM — düz bağırsaqdan. Ginekologiyada diaqnostikanın bu növü yalnız qız uşaqlarının müayinəsində istifadə olunur.

Ardını oxu
Şərh bildir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ginekologiya

Yumurtalığın kistası: profilaktikası, müalicəsi və onkoloji risk faktorları

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Statistikaya görə 70% xanımlarda fərqli yaş dövrlərində ginekoloqlar müxtəlif etiologiyalı kista təyin edirlər.

“Yumurtalığın kistası” nədir? Nə cür müalicə olunmalıdır? Və “yumurtalığın kistası” diaqnozu qoyulan xanım nəyi bilməlidir?

Bu və digər sualları Fransada ixtisaslaşmış Cərrah Mama-Ginekoloq , tibb üzrə fəlsəfə doktoru  İlahə Quliyeva cavablandıracaq.

“Yumurtalığın kistası” nədir? Hansı əlamətlər xanımları xəbərdar etməli və həkim-ginekoloqa nə vaxt müraciət etmək lazımdır?

Yumurtalığın kistası – yumurtalıqda yerləşən içərisi maye və ya sərt toxumalarla  dolmuş boşluqlardır.

“Kista” sözü yunan dilindən yaranıb: “kystis” – kisə deməkdir. İndiki zamanda “yumurtalığın kistası” diaqnozu bir çox xanimlarda rast gəlinir, bu şikayətlə bizə gündəlik müraciət edirlər.

285 Ovarian Cyst Stock Photos, Pictures & Royalty-Free Images - iStock

Əksər hallarda yumurtalığın kistası diaqnozu kiçik çanaq və qarın boşluğu orqanlanrının ultrasəs müayinəsi zamanı aşkar edilir. Kistanı nəinki həkim-ginekoloqlar, həmçinin terapevtlər, cərrahlar, uroloqlar da aşkar edə bilərlər, hansılara ki xanımlar qarın nahiyyəsindəki ağrılarla müraciət edirlər. Bu ağrılar apendisiti və bağırsaq kolikasını yaradan ağrıları xatırladır.

Bilməyiniz vacibdir! Aşağıda qeyd olunan əlamətlər yumurtalığın kistasına xasdır:

⦁    Qarının aşağı nahiyəsində güclü ağrılar hiss edirsinizsə – tez bir zamanda həkimə müraciət edin – bu əlamətlər kistanın burulması, yırtılması zamanı yaranır.
⦁    Cinsi əlaqə zamanı və fiziki təzyiq zamanı yaranan ağrılarda yumurtalıq kistasının əlamətləri ola bilər.
⦁    Aybaşı siklinin pozulmasına (aybaşı gecikmələrinə, aybaşı sikli arası qanaxmalara) mütləq diqqət edin, onlar da yumurtalıq kistasının əlamətləri ola bilər.
⦁    Kista həmçinin sidik ifrazının pozulmasına səbəb olur.

What Is Ovarian Cyst? Know Its Symptoms, & Complications
Yumurtalığın kistaları nə ilə təhlükəlidir? Onları necə müalicə etmək olar?

Yumurtalığın kistalarını müalicə etməzdən əvvəl onun yaranma səbəbini araşdırmaq lazımdır. Adətən ginekoloqlar USM müayinəsi ilə  diaqnoz qoyurlar. Həmçinin, kistanın etiologiyasını araşdırmaq üçün ginekoloq pasienti əlavə müayinələrə yönəldə bilər – onkomarkerlərin analizi, MRT diaqnostika və s.

Bu günkü gün kistaların 2 əsas növünü qeyd edirik: həqiqi və funskional kistalar- hansılar ki hormonal pozuntular zamanı yaranır.

Funksional kistanı aşkar etdikdə ona müəyyən müalicə təyin edilir, həmçinin aybaşı bitdikdən sonra təkrar müayinə edilir. Ən çox rast gəlinən funksional kista “sarı cism kistasıdır”, hansı ki ovulyasiyadan sonra əmələ gəlir və müalicə olunmadan geri sorulur. Həmçinin funksional kistanın növlərindən follikulyar kistanı ayırd etmək olar – bu kistalar aybaşı bitdikdən sonra öz-özünə geriyə sorulurlar.

Həqiqi kistalar – mütləq müalicə tələb edir, çünki orqanizmə ciddi ziyan verə bilər.

Həqiqi kistalar ağrılar verir, burulma, yırtılma, böyümə və bədxassəli şişə çevrilmə ehtimalı var.

Həqiqi kistaların aşağıdakı ən çox rast gəlinən növləri var:

⦁    Endometroid kista – vaxtında müalicə olunmadıqda sonsuzluqa səbəb olur. Yumurtalıqda yerləşir. Aybaşı zamanı, endometrium hüceyrələri menstrual qan ifraz edir, hansı ki kistanın daxilində toplanır. Bu səbəbdən kista hər aybaşı zamanı böyüyür və sağlam toxumaları “sıxmağa” başlayır, bu da follikulların yox olmasına və sonsuzluğa gətirib çixardır.Həmçinin endometroid kistanın ən ciddi fəsadlarından biri onun yırtılmasıdır. Bu zaman kistanın tərkibindəki maye (endometrium hüceyrələri) kiçik çanaq və qarın boşluquna yayılır və xarici endometrioz xəstəliyini yaradır, hansıkı daimi ağrılara səbəb olur, müalicəyə çətin tabe olur və sonsuzluqa gətirib çıxardır. Bu səbəbdən belə kistaları təcili surətdə əməliyyat edib, ciddi fəsadların qarşısını almaq lazımdır. Bu kistaları əməliyyat etdikdən sonra xanımlara tez bir zamanda hamilə qalmaqa tövsiyyə edirik.

⦁    Sistadenoma – yumurtalığın həqiqi kistası. Növləri: Seroz və musinoz sistadenoma. Bədxassəli şişə çevrilmə ehtimalı yüksək olduğundan cərrahi yolla götürülməyi məsləhətlidir.

⦁    Dermoid kista – yaranarkən (hələ bətndaxili inkişaf zamanı) tərkibində orqanizmin istənilən toxumasına təkan verən kök hüceyrələri var (döllənmə elementləri daşıyır). Bu kistaların tərkibində qalın kapsulla əhatə olunmuş qatı mayedə diş, tük, sümük fragmentləri, piy toxumaları aşkar edilir . Bu kistalar zəif, lakin daima boyüyür. Olçüləri böyüdükdə qonşu oraqanları sıxır və bel nahiyəsində ağrılar yaradır.

Yumurtalıq kistasının cərrahi yolla çıxarılması necə baş verir?

Kistanın laparoskopik əməliyyatla çıxarılması

Bü gün endoskopik müalicə  – laparoskopik əməliyyat keçirmək üçün hər bir şərait var.

Göbək nahiyyəsində bir dəlik açılır. Əməliyyat ümumi anesteziya altında 30 deq – 1 saata kimi davam edir, əməliyyat zamanı yalnız kistanın kapsulası çıxarılır, yumurtalığa toxunulmur. Sonra, müalicə təyin etmək üçün çixarılmış kistanın etiologiyası araşdırılır. Kista əməliyyatından sonra xanimlar özlərini çox yaxşı hiss edirlər. Əməliyyatdan bir neçə saat sonra ayağa qalxmaqa icazə verilir. Əməliyyatdan sonrakı gün gündəlik fəaliyyətə qayıtmaq olar.

Kistaların formalaşmasının qarşısını almaq üçün profilaktik tədbirlər varmı? Yenidən yaranma bilərmi?

Qarnın aşağı nahiyəsində güclü ağrılar olduqda, aybaşı siklinin pozulması zamanı xanımlar vaxtında mütəxəssislərə müraciət etməlidilər. Həmçinin ildə 1 dəfə tibbi müayinədən keçmək lazımdır: qəbul zamanı həkim-ginekoloq kiçik çanaq orqanlarının, süd vəzinin USM müayinəsini edir, qan analizləri, yaxma götürürür, vacib olduqu halda cinsi yolla keçən gizli infeksiyaları və qanda onkomarkerləri müayinə edir.

Kistaların yenidən yaranma riski çox yüksəkdir. Yalniz vaxtinda müayinə və orqanizmə diqqətlə yanaşma xəstəliyin qarşısını almağa kömək edir.

Ardını oxu

Çox oxunanlar