Ginekologiya

USM ginekologiyada – dəqiq müayinə metodudur

Paylaşıldı:

| Tarix:

Xəstə və həkimlər arasında daha çox populyarlığı USM xüsusən mama və ginekologiyada qazanıb. O, yüksək düzgünlüklə iltihabi xəstəliklərə və inkişaf anomaliyalarına diaqnoz qoymağa, kiçik çanaq şışlərini hətta skrininq müayinələri zamanı aşkarlamağa imkan verir.

USM metodu digər şüa diaqnostikası metodları arasında möhkəm yer tutub. Onun populyarlığı bunlarla izah olunur:

  • alınan nəticələrin düzgünlüyü və informativliyi əksəriyyət xəstəliklərdə patoloqoanatomik müayinələrlə üst-üstə düşməsi (85-100% hallarda);
  • proseduranın əlçatan, nisbətən sadə və qeyri-invaziv olması;
  • informasiyanın real zaman kəsiyində alınması;
  • diaqnostik və bəzi müalicəvi manipulyasiyaların vizual nəzarət altında aparılmasının mümkünlüyü;
  • müayinənin ümumən qısa vaxt ərzində aparılması zamanı toxuma və orqanizmə neqativ təsirin olmaması;
  • digər şüa diaqnostikası metodlarına nisbətən ucuz maya dəyərinin olması.

Ginekologiyada ultrasəs müayinəsi aşağıdakı hallarda məsləhətdir:

  1. Menstrual tsiklin pozulması və xarakterinin dəyişmələrində (çox və ya az, vaxtından qabaq və ya gecikmələrdə), hansıki, yumurtalıq funksiyalarının pozulmasının, mioma və ya digər törəmələrin, endometrium və ya uşaqlıq boynu polipinin və s. əlamətləri ola bilər.
  2. Ağrılı aybaşı endometriozun və ya iltihabi xəstəliklərin simptomu olduqda, uşaqlığın, uşaqlıq borularının, yumurtalıqların və kiçik çanaq boşluğunun iltihabına şübhə olduqda.
  3. İfrazat və/və ya qarnın aşağı şöbələrində ağrı olduqda; onlar boru hamiləliyində, borunun burulmasında, kiçik çanaqda iltihab və ya bitişmə prosesi olduqda, şişlərdə, yumurtalıq kistalarında ola bilər.
  4. Uşaqlıq və artımlarının anadangəlmə inkişaf qüsurlarının, hamiləliyin diaqnostikası və dölün inkişafının dinamik müşahidəsi məqsədilə.
  5. Sonsuzluğun səbəblərinin kompleks diaqnostikasında.
  6. Oral kontraseptivlərin qəbulu zamanı və ya uşaqlıqdaxili spiralın düzgün yerləşməsinə şübhə olduqda ağırlaşmaların vaxtında qarşısının alınması üçün.
  7. Sidik ifrazının pozulmalarında, həmçinin sidik qaçırmada.
  8. Diaqnostik qaşınmadan, hamiləliyin medikamentoz və ya instrumental pozulmasından əvvəl və sonra.
  9. Simptomsuz keçən xoş- və bədxassəli şişləri aşkarlamaq məqsədilə aparılan profilaktik müayinələr zamanı.

Ginekologiyada USM-in müxtəlif növləri ayrı-ayrı sensorlar vasitəsilə həyata keçirilir. Məqsədlərindən və akustik yolun şəraitindən asılı olaraq müayinənin üç növü ayırd edilir:

  1. Vaginal USM (uşaqlıq yolundan), standart sensor istifadə edilir. Kiçik çanaq orqanlarınn vizualizasiyası bu metodla daha aydındır. Bu, sidik kisəsini boşaldıb sensoru uşaqlıq yoluna yeritməklə aparılır. Əksər hallarda transvaginal USM tətbiq edilir.
  2. Qarından və ya transabdominal USM — sensorla manipulyasiya qarın divarının aşağı şöbələrinin səthilə, sidik kisəsi dolu vəziyyətdə aparılır. Bu metod əsasən kiçik çanaqda böyük ölçülü törəmələr olarkən istifadə olunur.
  3. Transrektal USM — düz bağırsaqdan. Ginekologiyada diaqnostikanın bu növü yalnız qız uşaqlarının müayinəsində istifadə olunur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC