Created by: Rotera Group

Manşet

Cərrahi üsulla arıqlamaq…

admin

Paylaşıldı:

| Tarix:

Çəkinin azaldılması üçün bütün digər üsullar tükəndiyi halda cərrahi üsuldan istifadə edirlər. Əgər digər yolla çəkinin azaldılmasına ümid varsa, onda cərrahiyyə əməliyyatına getmək lazım deyil.

Bu haqda Medicaltv.az saytına Lanset Cərrahlıq klinikasının plastik estetik cərrahı Rəşad Abbasəliyev ətraflı məlumat verib.

Çəkinin cərrahi yolla azaldılmasının bir neçə üsulu vardır. Məsələn, mədənin bir hissəsinin tikilməsi, mədənin bir hissəsinin kəsilməsi, mədənin daxilinə silikon balonun yerləşdirilməsi və s. Bütün bu əməliyyatların nəticəsində mədənin həcmi xeyli kiçilir, insan az miqdarda qida qəbul edəndən sonra toxluq hiss edir. Nəticədə insan arıqlayır.

 

Rəşad Abbasəliyev qeyd edib ki, çəkinin cərrahi yolla azaldılmasının ən yayılmış üsulu – liposaksiyadır. Amma həkimlər liposaksiyaya çəkini azaldan əməliyyat kimi yox, bədən formasını yaxşılaşdıran əməliyyat kimi baxırlar. Məhz liposaksiya əməliyyatı, fiziki hərəkətlər və pəhrizlər üçün “çətin” hesab edilən yerlərdən – “qalife” nahiyəsi (budların xarici səthi), yanlardan (sağrı nahiyələri), gövdədən, baldır, diz oynaqları nahiyələrindən piyin təmizlənməsinə imkan verir.

Əməliyyat ümumi narkoz altında, əməliyyatın bədənin hansı hissəsində keçirilməsindən və çıxarılan piyin miqdarından asılı olaraq, adətən 30 dəqiqədən bir neçə saata qədər davam edir. Əməliyyat zamanı 2-5 mm ölçüsündə olan mikrokəsiklərdən dərialtı sahəyə əvvəlcə piyi “əridən” məhlul yeridilir, sonra isə bu piy nazik metal kateter (borucuq) və tozsoranı xatırladan vakuum nasosunun köməyilə sorulur. Bəzən əməliyyat zamanı dərinin artıq hissəsini də kəsmək və tikməyə ehtiyac olur. Bu onunla izah olunur ki, kök adamlarda dəri dartılmış olur, piylərin tez bir zamanda xaric edilməsindən sonra isə o sallanır.

 

Həkim eyni zamanda oxucuları maarifləndirmək üçün əməliyyata əks göstəriş olan halları vurğulayıb. Belə ki, ürək və damarların ağır xəstəlikləri, diabet və  bir sıra digər xəstəliklər var ki, bu zaman əməliyyat məsləhət görülmür. Buna görə də əməliyyatdan qabaq pasiyent geniş şəkildə tibbi müayinələrdən keçirilir. Liposaksiya əməliyyatı qarında, döşdə, baldırlarda, kürəkdə, qollarda, dizətrafı sahədə, buxaq nahiyəsində, yanaqlarda edilə bilər.

Ardını oxu
Şərh bildir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əməliyyatxana

Rinoplastikanı riskli edən əsas amillər…

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Plastik həkim- lor cərrah Tələt Şəfiyevin əməliyyatında Medicaltv.az olaraq iştirak etdik. Lor cərrah həm bizim, həm də izləyicilərin suallarını cavabladı. Plastik və funksional əməliyyatlar şəkər xəstələri, onkoloji və psixoloji problemləri olanlar və yoluxucu virus xəstəliyindən əziyyət çəkənlər üçün riskli sayılır. Bundan başqa əməliyyat zamanı yaş və üz cizgiləri də mühüm əhəmiyyət daşıyır: “Rinoplastika burunun həcmi, yaş və dəridən çox asılıdır. Dərinin qalın və nazik olması da mühüm məsələdir. Qalın dəriyə malik olanlarda həmin proses daha çox problemli olur. Burun çox əyri deyilsə, travmaya məruz qalmayıbsa, daha gözəl nəticə almaq mümkündür. Rekonstruktiv əməliyyat nəticəsində burun çəpəri, toxumalar deformasiya olunaraq normal vəziyyətə gətirilir”.

Plastik cərrahiyyəyə xanımlarla yanaşı kişilər də üz tutur. Onların arasında sağlamlıqla əlaqədar müraciətlər də olur. Həkimin dediyinə görə, nəfəsalmada çətinlik yaradan burun ətlərini vaxtında müalicə etmək lazımdır: “Nəfəsalmada problem burunda balıqqulaqlarının şişməsi, çəpər əyriliyi və eyni vaxtda onların ikisinin də olması nəticəsində yarana bilər. Çəpər əyriliyi uşaqlıqdan yaranan travmanın nəticəsidir. Həmin əməliyyat xanımlarda 17, oğlanlarda 18 yaşından sonra əməliyyat oluna bilər”.

Müsahibimiz onu da qeyd edib ki, bu yolla aparılan əməliyyatlar zamanı burun funksiyası bərpa olunur. Nəzərə almaq lazımdır ki, həm plastik, həm də funksional burun əməliyyatlarından sonra ilk altı ay mütləq həkimin təyin etdiyi burun damcılarından istifadə olunmalıdır. Əməliyyatdan sonra eynək və digər aksesuarlardan istifadə edərkən diqqətli olmaq lazımdır, əks halda burunun üzərində iz qala bilər.

Ardını oxu

Həkimlər

Göz üstü və gözaltı plastik əməliyyat – Bella eyes və yaxud da Badam göz …

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Gözətrafı əməliyyat gənclik və cazibədarlığın qapılarını açan qızıl açara bənzəyir. Gözətrafı deformasiyalar insana yorğun, bitkin və yaşlı görkəmi verir. Klassik göz qapağı estetikası və kombinə edilmiş qaş qaldırma əməliyyatları çox vaxt 30 yaşdan sonra icra edildiyi halda badəm göz əməliyyatı isə daha gənc yaşlarda icra edilə bilər. Bu əməliyyat daha dinamik və cazibədar görkəmə sahib olmağa imkan yaradır.
Lanset Cərrahlıq klinikasının plastik-estetik cərrahı Rəşad Abbasəliyev  gözüstü və gözaltı blefaroplastika əməliyyatından danışdı.

“Müəyyən yaşdan sonra insanlarda həm üst, həm də alt göz qapağında bəzi problemlər ortaya çıxır. Bu zaman yaranan problemlə bağlı müraciətlər olunur, biz də qüsurlara uyğun əməliyyat aparırıq. Bundan başqa, son zamanlar bir çox xanımlar, daha çox “badam göz” deyilən göz forması ilə bağlı müraciət edirlər. Hətta elə olur ki, biz özümüz də bu göz formasını pasientə məsləhət görürük. Çünki gözlər, üzdə önəmli rol oynayır. Bəzi insanlarda gözün kənarları aşağı doğru sallanır və bu da həmin şəxslərdə özlərinə qarşı kompleks yaradır. Bu zaman həmin insanlarda gözün kənarları yuxarı dartılaraq badəm göz forması verilir”.

Badem Göz Estetiği - Badem Göz Ameliyatı - Op. Dr. Cahit Vural
Badəm göz əməliyyatı yuxarıda təsvir edildiyi kimi, xarici kantal strukturda kiçik kəsik yolu ilə icra edilirək, yuxarıya və bayıra dartılır. Kantus adlandırılan struktur sümüklərə və ya sümük membranına bərkidilir. Bununla da uzunmüddətli nəticə əldə olunur. Beləliklə, baxış daha enerjili görünür, göz qapaqları bayıra doğru dartılır və göz iri görünür. Amma hədsiz gərilməyə görə qeyri-estetik nəticədən çəkinmək lazımdır.

Ardını oxu

Əsas

Quru göz xəstəliyi nədir?

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin yaxşı olmamasıdır. Gözlərdə batma hissi ilə özünü göstərən bu xəstəlik, kornea səthində problem olması və gözqapağı funksiyalarının pis işləməsi nəticəsində yaranır.

Hazırda bu xəstəliyə də gənclər arasında şox rast gəlinir. Sırf bu səbəbdən xəstəlik və onun müalicəsi üçün suallarımızı Lanset klinikasının oftalmoloqu Zümrüd Həsənovaya ünvanladıq.

Göz quruluğu olaraq adlandırılan, tibdəki adı ilə “quru göz xəstəliyi” gözyaşının gözqırpma ilə parçalana bilməməsi və keyfiyyətinin aşağı olması nəticəsində yaranır. Həkim qeyd edir ki, göz yaşlarının gözqoruma funksiyasının yox olması ilə gözlər infeksiyaya daha həssas olur. Bu səbəblə göz yaşını qorumaq və gözü nəmli tutmaq vacibdir.

40 yaşından yuxarı qadınlarda və havanın çirkli olduğu şəhərlərdə daha çox görülən quru göz xəstəliyi hər kəsdə eyni əlamətləri ilə özünü göstərmir. Səhərlər gözlərdə yaranan qaşıntı, yanma, gözdə batma hissi ən çox baş verən simptomlardır. Müalicə edilmədiyi zaman göz sağlamlığına zərər verir.

Ardını oxu

Çox oxunanlar