Həkimlər

Göz üstü və gözaltı plastik əməliyyat – Bella eyes və yaxud da Badam göz …

Paylaşıldı:

| Tarix:

Gözətrafı əməliyyat gənclik və cazibədarlığın qapılarını açan qızıl açara bənzəyir. Gözətrafı deformasiyalar insana yorğun, bitkin və yaşlı görkəmi verir. Klassik göz qapağı estetikası və kombinə edilmiş qaş qaldırma əməliyyatları çox vaxt 30 yaşdan sonra icra edildiyi halda badəm göz əməliyyatı isə daha gənc yaşlarda icra edilə bilər. Bu əməliyyat daha dinamik və cazibədar görkəmə sahib olmağa imkan yaradır.
Lanset Cərrahlıq klinikasının plastik-estetik cərrahı Rəşad Abbasəliyev  gözüstü və gözaltı blefaroplastika əməliyyatından danışdı.

“Müəyyən yaşdan sonra insanlarda həm üst, həm də alt göz qapağında bəzi problemlər ortaya çıxır. Bu zaman yaranan problemlə bağlı müraciətlər olunur, biz də qüsurlara uyğun əməliyyat aparırıq. Bundan başqa, son zamanlar bir çox xanımlar, daha çox “badam göz” deyilən göz forması ilə bağlı müraciət edirlər. Hətta elə olur ki, biz özümüz də bu göz formasını pasientə məsləhət görürük. Çünki gözlər, üzdə önəmli rol oynayır. Bəzi insanlarda gözün kənarları aşağı doğru sallanır və bu da həmin şəxslərdə özlərinə qarşı kompleks yaradır. Bu zaman həmin insanlarda gözün kənarları yuxarı dartılaraq badəm göz forması verilir”.


Badəm göz əməliyyatı yuxarıda təsvir edildiyi kimi, xarici kantal strukturda kiçik kəsik yolu ilə icra edilirək, yuxarıya və bayıra dartılır. Kantus adlandırılan struktur sümüklərə və ya sümük membranına bərkidilir. Bununla da uzunmüddətli nəticə əldə olunur. Beləliklə, baxış daha enerjili görünür, göz qapaqları bayıra doğru dartılır və göz iri görünür. Amma hədsiz gərilməyə görə qeyri-estetik nəticədən çəkinmək lazımdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC