Əsas

Liposaksiya- dəb və risklər …

Paylaşıldı:

| Tarix:

Daha bir əməliyyat zamanı plastik -estetik cərrah Rəşad Abbasəliyev ilə həmsöhbət olduq. Pasientləri daha çox maraqlandıran əməliyyatdan sonrakı ağırlaşmalar haqqında suallarımızı həkimə ünvanladıq. Təbii ki, bütün cərrahi müdaxilələr özlüyündə bir risk daşıyır. Xanımlar ideal görünüşə sahib olmaq istəyirlər. Medicaltv.az komandası olaraq Lanset.az saytında sizə mütəmadi olaraq bu prosedurlar haqda məlumat verir, həkimlərimizin işlərini yayımlamağa çalışırıq. Xanımların ən çox müraciət etdikləri əməliyyatlardan biri  liposaksiya  əməliyyatıdır. Bu prosedur vasitəsilə xanımlar bədənin müxtəlif nahiyyələrindəki artıq piylərdən azad olurlar. Plastik-estetik cərrah Rəşad Abbasəliyevlə liposaksiya proseduru və onun riskləri haqqında ətraflı müzakirələr apardıq.

Lipospaksiya prosedurunun riskləri

Hər bir cərrahi əməliyyatda olduğu kimi liposaksiya da müxtəlif risk və fəsadların gözlənilə biləcəyi bir əməliyyatdır.

  • Pasiyent seçimi – dəri tonusu çox zəif, yanaşı tibbi problemləri olan, artıq çəki və liposaksiyanın verə bilməyəcəyi nəticələri tələb edən pasiyentlər bu əməliyyat üçün yararsız sayılır.
  • Qanaxma – nadir hallarda olsa da, əməliyyat zamanı və ya sonrası yarana bilər, əməliyyatdan sonra olduğu hallarda cərrahi müdaxilə və qan köçürülməsi lazım ola bilər. Əməliyyatdan 10 gün əvvəl qan durulducu, qeyri steroid iltihab əleyhinə preparatların qəbulu dayandırılmalıdır.
  • İnfeksiya – çox nadir hallarda rast gəlinir. Olarsa, antibiotiklər ilə aradan qalxır, çox az hallarda cərrahi müdaxilə tələb oluna bilər.
  • Dəri hissiyyatında azalma – hissiyyatda azalma ola bilər. Demək olar ki, bütün hallarda sərbəst olaraq aradan qalxır. Olduqca az hallarda tam itməsi rast gəlinə bilər.
  • Çapıq – əməliyyat sonrası gözəl bir yara sağalması gözlənilsə də, dəridə və ya daha aşağı qatlarda anormal çapıq əlamətləri ola bilər. Belə hallarda əlavə müalicə və bəzən də cərrahi müdaxiləyə ehtiyac duyulur.
  • Dəridə olan nahamarlıq – liposaksiyadan sonra kontur əyrilikləri və nahamarlıqlar ola bilər. Dəridə gözlə görünən və əllə hiss edilən qırışlar yarana bilər. Belə halların profilaktikası üçün əksər hallarda əməliyyatdan bir müddət sonra xüsusi fizioterapevtik (kavitasiya, elektroferez, masaj və s.) təyin olunur. Onu da qeyd edək ki, bu proseslər bəzi cərrahlar tərəfindən mütləq şəkildə təyin olunur. Nadir hallarda cərrahi müdaxiləyə ehtiyac olur.
  • Asimmetriya – liposaksiyadan sonra bədənin simmetrik görünümü olmaya bilər. Buna səbəb dəri tonusu, sümük çıxıntıları, əzələ tonusu, liposaksiyadan sonra yarana ödem və bərkimiş sahələrin qeyri-bərabər olması və geriyə sorulmanın da qeyri-bərabər getməsidir. Aparılan fizioterapevtik müalicələrlə zamanla bunlar adətən aradan qalxır, amma təkrar liposaksiyaya da ehtiyac ola bilər.
  • Ağciyər ağırlaşmaları – liposaksiya zamanı yağ damcılarının ağciyər damarlarını tıxaması (yağ emboliyası) və ya trombların hesabına yaranan emboliya olduqca çox nadir hallarda müşahidə olunur, bu vəziyyəti öncədən söyləmək mümkün deyil, bəzi hallarda isə ölümcül də ola bilər.
  • Dəri nekrozu – nadir hallarda rast gəlinir. Ultrasəs liposaskyalarında daha çox müşahidə olunur. Təkrari cərrahi mdaxilə tələb oluna bilər.
  • Seroma – liposaksiyadan sonra dəri altında nəzərə çarpmayacaq dərəcədə maye yığılması olur ki, bu da adətən heç bir iz qoymadan sorulur. Nadir hallarda isə daha çox yığılır ki, bu zaman təkrarı punksiyalara ehtiyac ola bilər.
  • Allergik reaksiyalar – çox nadir hallarda sarğılara, tikiş materiallarına, dərman preparatlarına qarşı yarana bilər. Bu zaman lazımi müalicələrin alınması tələb oluna bilər.
  • Uzun zaman nəticələri –  yaşlanma, çəki alma və ya azalma, hamiləlik, ümumi sistem xəstəliklərindən sonra dəyişikliklər yarana bilər.
  • Cərrahi anesteziya – həm yerli, həm də ümümi anesteziya ilə aparıla bilər ki, bunların da özünəməxsus riskləri vardır. Bəzi hallarda əməliyyatdan sonrakı nəticələr pasiyentlərin gözlədiyi kimi olmaya bilər. Bununla əlaqədar təkrar, korreksiyaedici əməliyyatlara ehtiyacın yaranması mümkündür.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC