Əsas

Mədə ağrısının səbəblərindən biri – Qastrit.

Paylaşıldı:

| Tarix:

Qastrit mədənin iltihabi xəstəliyidir.Mədə soyuqladıqda, qidalanma gigyenası pozulduqda bu xəstəliklə qareşılaşa bilərik. Ac qalma, yeməklər arasında fasilənin çox olması, quru yeməklər, kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma da bu faktorlara aiddir. Streslər, uşaqda daxili diskomfort (tənhalıq, yalqızlıq hissi, valideynlər arasında olan pis münasibətlər) halları da qastritin inkişafına təkan verə bilər.

Əksər hallarda qastritin törədicisi “helikobakter pilori” bakteriyası olur. Bu bakteriyaya öpüşmək, ümumi qab-qacaq, natəmiz əllər və s. vasitəsilə yoluxma mümkündür. Yoluxmadan sonra bir neçə il ərzində xəstəlik heç bir əlamətlərlə özünü büruzə verməsə də, mədənin selikli qişasında iltihab prosesi inkişaf etməkdə davam edir. Sonradan isə ağrılar meydana çıxır.

Qastrit zamanı qarında sızıltılı ağrılar, gəyirmə, ağızdan qıcqırmış pis iyin gəlməsi, iştahasızlıq əlamətləri müşahidə edilir. İlk simptomlar əmələ gələn kimi tez bir zamanda həkimə müraciət etmək məsləhət görülür.

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə diyetanın (pəhrizin) saxlanılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Əlamətləri nəzərə alaraq əsasən süd və süd məhsulları, xörəklərdən, xüsusilə ət xörəkləri yaxşı bişmiş, yəni suda bişirilmiş halda, tərəvəz və meyvə şirələrinə üstünlük verilməlidir. Qızardılmış, yağlı, çox yüksək kalorili, həzmi çətin olan, qıcıqlandırıcı qidalardan, yəni çox ədviyyatlı kəskin yeməklərdən çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Bu xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar da ağızdan yox, inyeksiya ilə qəbul edilsin.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC