Created by: Rotera Group

Kardiologiya

Görmənin pisləşməsi ürək xəstəliyinin əsas əlamətlərindəndir

admin

Paylaşıldı:

| Tarix:

Görmənin birdən zəifləməsi, pisləşməsi insult və ürək tutmasının siqnallarından ola bilər.

Sarı cismin xüsusi tip degenerasiyası ürək-damar xəstəlikləri ilə bağlıdır.

Bu elmi kəşf imkan verəcək ki, oftalmoloqlar vaxtında gözdə olan dəyişikliyi görüb, insanı infarkt və insultdan qoruya biləcəklər.

Həkim kardioloq  Zöhrab Sultanov bildirib ki, alimlər ilk dəfə sarı cismin konkret forması və onda druzenoidlərin yığılmasına baxaraq, ürək-damar xəstəliklərini təyin etməyi öyrəniblər.

SDD adlı bu yığıntılar yağ lipidləridir, onlar görmə tozunun arxasında toplaşıb, görməni azaldır. Əgər burda belə lipid toplanması varsa, deməli, ürək damarları da tutulub.

Eləcə də gözlərə qan dövranı ürək damarları tıxananda azalır. Pis qan dövranı bədənin istənilən sahəsini zədələyir, eləcə də görmə torunu. Bu hətta tam korluqla nəticələnə bilər.

 

Ardını oxu
Şərh bildir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əsas

Aritmiya nədir? Necə meydana gəlir ?

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Ürəyimizin çox vacib kameralarından biri də qulaqcıqlardır. Onlarda impuls yaranar və aşağılara ötürülər. Səyrici aritmiyada o impuls bir yerdə deyil, həddan artıq çox yerdən elektriklənməyə və nizamsız, xaotik şəkildə ürək boşluqlarında dövr etməyə başlayır. Ürək hər səfərində normal yığılmadığına görə onun boşluqlarında, divarlarda tromb əmələ gəlmə riski də artır. Ritm bir neçə vaxtdan sonra normala dönməyə cəhd göstərdikdə ürək bir dəfə möhkəm yığılır və boşluqda ya divardakı tromb müxtəlif yerlərə xüsusən də beyinə sıçrayış edir.

Səyirici aritmiyanın əlamətləri

Səyrici aritmiyada xəstələr ürəyin anidən titrəməsindən, vurub-vurub dayanmasından, anidən başlayan nizamsız, elə bil “quş pırıltısına” bənzər döyüntüsündən şikayət edəcəklər. Bəzən döyüntü günlərlə keçmədiyi kimi bəzən də yarım saata və ya on dəqiqəyə öz-özünə, yavaş-yavaş sonlanacaq. Xəstələrin bir çoxu bunu böyük narahatlıqla qarşılayacaq, bir çoxu çox zəif hiss edəcək, bəzilərində isə adi kardioqramma və ya Holter müayinəsi zamanı aşkar ediləcək.

aritmiya

Aritmiya necə müəyyən olunur?

Aritmiyaları müəyyən etməyin bir neçə üsulu vardır. Bu üsullara aşağıdakıları misal gətirmək olar:

Elektrokardiorqamma üsulu

İlk növbədə ən sadə üsul  Elektrokardiorqammadır. Bu müayinə kardioqramma çəkilən anda aritmiya mövcuddursa aktualdır.

Holter müayinəsi

Əgər Elektrokardiaqramma çəkilən anda aritmiyanız yoxdursa, o zaman Holter müayinəsi sizin köməyimizə gələ bilər. Bu müayinə metodunda sizin üzərinizə kiçik, kanardan görünməyən bir cihaz bağlanır, bu cihaz durmadan, 24 saat ərzində sizin ürək ritminizi qeyd edir. Onunla evə gedirsiniz, gündəlik işlərinizi görürsünüz. Ertəsi gün cihazı bizə təhvil verirsiniz və biz onu açıb incələyirik, hansı saatda sizin qəlb ritminizdə nə kimi dəyişiklik olduğunu müəyyənləşdiririk.

Aritmiya müayinəsində Exokardioqrafiya metodu

Aritmiyanın ürəklə əlaqədar xəstəliklərində mütləq müayinə metodundan biri də  Exokardioqrafiyadır. Bu sadə dillə desək ürəyin USM müayinəsidir. Bu müayinə üsulu ilə ürək əzələsinin necə çalışdığı, aritmiyaya səbəb olub olmadığı, ürəkdəki qapaqların vəziyyəti müəyyənləşir.

Ardını oxu

Çox oxunanlar