Created by: Rotera Group

Əsas

Hamiləlik zamanı qadın orqanizmində baş verən dəyişikliklər

admin

Paylaşıldı:

| Tarix:

Sinir və endokrin sistemləri. Hamiləlik zamanı sinir və endokrin sistemi orqanlarının fəaliyyətindəki dəyişikliklər hamiləliyin saxlanması və normal inkişafının təmin edilməsi, həmçinin hamilə qadın orqanizminin doğuşa hazırlanmasına xidmət edir.

Bu zaman ilk növbədə baş beyinin yarımkürələrinin qabıq qatında ləngimə prosesləri artmış olur. Buna görə də hamilə qadınlar sanki öz daxili aləminə qapılaraq, xarici mühitdəki qıcıqlara daha zəif emosinal hərəkətlərlə cavab verirlər. Onlarda dad və qoxu hissiyyatları dəyişir, yuxululuq, ürəkbulanma, qusma, başgicəllənmələrə meyllilik, qıcolmalar, ağız şirəsi ifrazının güclənməsi müşahidə olunur. Qıcolmalar kalsium mübadiləsini tənzimləyən qalxanvariyani vəzin fəaliyyətinin zəifləməsi nəticəsində baş verir. Həmən səbəbdən diş emalından kalsium elementinin yuyulması baş verir ki, bu da son nəticədə dişlərdə kariyesin artmasına gətirib çıxarır. Buna görə də hamilə qadın mütləq öz dişlərinin vəziyyətinə daim nəzarət etməli, qəbul etdiyi qidaların çeşidində, tərkibində daha çox kalsium olan məhsulların (süd məhsulları – əsasən kəsmik və s.) miqdarını artırmalıdır.

Ürək-damar sistemi. Hamiləliklə əlaqədar olaraq qadın orqanizmində 2-ci əlavə qan dövranı (ciftin qan dövranı) əmələ gəlir, bu da ürək-qan damar sisteminin əlavə olaraq daha artıq yüklənməsinə səbəb olur. Ürəyi xəstə olan qadınlarda isə hamiləlik daha çox narahatçılıq yaratdığı üçün onlar həkim nəzarətində olmalı və doğuşa xeyli qalmış doğum evinə yerləşdirilməlidirlər. Sağlam qadınlarda arterial təzyiq (AT) və nəbz tezliyi adətən dəyişməz qalır. Bəzən hamiləliyin 1-ci yarısında AT enmiş olur. Hamiləliyin əvvəlində artmış ola bilən AT doğuşa 2 ay qaldığı dövrdən etibarən təkrar olaraq arta bilər.

İnkişaf edən döl bədənin aşağı hissələrinə təzyiq edərək, aşağı ətraflarda damarların genişlənməsinə, kiçik çanaqda durğunluğa və bunun nəticəsi kimi hemorroyun (babasil) əmələ gəlməsinə səbəb ola bilər.

Qanın tərkibi. Hamiləlik zamanı qan-damar sistemində dövr edən qanın ümumi həcmi 35-45%, eritrositlərin (qan hüceyrələri) sayı isə 15-20% artmış olur. Eritrositlərin tərkibində ananın və dölün toxumalarına oksigeni daşıyan hemoqlobin vardır. Hemoqlobinin 110q/l-dən aşağı olması həkim tərəfindən narahatlıqla qəbul edilir.

Eritrositlərin çökmə sürəti (EÇS) müxtəlif patoloji proseslərə qarşı immun sistemindəki dəyişikliklərdən asılıdır. Hamiləliyin sonuna yaxın bu göstərici 20-30 mm/saata qədər yüksəlmiş olur ki, bu da normal göstərici kimi qəbul olunur (adi hallarda qadınlarda normada bu göstərici 5-10 mm/saat olur).

Hamiləliyin sonuna yaxın qanın laxtalanması da artmış olur ki, bu da doğuş zamanı qanaxmanın azalması üçün qadın orqanizminin özünü müdafiə reaksiyası kimi qiymətləndirilir. Bununla əlaqədar olaraq əmələ gələ bilən tromboflebitin qarşısını almaq üçün bu dövrdə ayaqların damarlarına diqqəti artırmaq lazımdır. Xalq təbabətində damarların möhkəmləndirilməsi üçün ayaqlara alma sirkəsi sürtmək məsləhət görülür; həkimlər isə bu zaman müxtəlif vitaminlər və dəriyə sürtmək üçün müalicəvi gellər təyin edirlər.

Həzm və sidik ifrazı sistemləri. Hamiləlik vaxtı uşaqlığın ölçülərinin artması nəticəsində bağırsaqlar öz yerini yuxarı və yanlara olmaqla dəyişmiş olurlar ki, bu da qəbizliyin əmələ gəlməsinə, mədənin sıxılması isə gəyirməyə səbəb olur. Bu zaman dad və qoxu hissiyyatının dəyişməsi, bəzi qidalara qarşı ikrah hissinin yaranması, qeyri-adi maddələrin (gil, təbaşir və s.) qəbuluna meyllilik yaranır. Ölçüləri artmaqda olan uşaqlıq, həmçinin sidik kisəsinə də təzyiq edərək sidik ifrazının tezləşməsinə səbəb olur. Bu dövrdə böyrəklər xeyli artmış gərginlikdə fəaliyyət göstərsələr də, sidikdə zülal olmalı deyil (onun aşkar edilməsi toksikoz və ya piyelonefritin əmələ gəlməsinin göstəricisi ola bilər).

Maddələr mübadiləsi və bədən çəkisi. Hamiləlik dövründə maddələr mübadiləsinin sürətlənməsi qadının çəkisinin dəyişməsinə səbəb olur. Hamiləliyin 9 ayı ərzində qadının çəkisinin ümumi artımı normada 12 kq-dan artıq olmamalıdır. Hamiləliyin 1-ci yarısında çəki artımı 4 kq, 2-ci yarısında isə 8 kq təşkil edir. Çəkinin yuxarıda qeyd olunan göstəricilərdən artıq olması hamiləliyin sona çatdırılması və doğuş üçün təhlükəli hal kimi qiymətləndirilməlidir. Əksər hallarda bu, onlarda toksikozun (nefropatiyanın) inkişaf etməsi ilə əlaqədar olaraq toxumaarası sahəyə mayenin artıq yığılması nəticəsində meydana çıxır.

Hamiləlik dövründə normada 12 kq artmış olan çəki aşağıdakıların cəmindən ibarətdir:

– dölün çəkisi – 3 – 3,5 kq;

– ciftin çəkisi- 0,45 – 0,8 kq;

– dölyanı suların çəkisi – 0,9 – 1,5 kq;

– uşaqlığın çəkisi – 0,8 – 1 kq;

– qanın həcmi – 1,3 – 2 litr;

– toxuma mayesinin həcmi və süd vəzilərinin çəkisi – 4,5 kq.

Dəridəki dəyişikliklər. Hamiləlik dövründə bədən dərisinin bəzi sahələrində (üst dodaqda, burunda, alında, döş gilələrinin ətrafında, qarın dərisinin ağ xətti boyunca (qarınüstü nahiyyədən başlayaraq göbəkdən keçməklə qasıq sümüyünün ortasına qədər enən vertikal xətt) qəhvəyi rəngli piqment ləkələri əmələ gəlir. Dərisinin elastikliyi az olan qadınlarda hamiləliyin ikinci yarısında dəridə qırmızımtıl-göy rəngli zolaqlar (gərilmələr, yəni striyalar) əmələ gəlir. Həkimlə məsləhətləşəndən sonra xüsusi kremlər istifadə edə bilərsiz ki, bu zolaqlar əmələ qəlməsin. Hamiləlik zamanı müxtəlif dezodorantlardan, isti su, xüsusən isti vannalardan istifadə etmək, uzun muddət günəş altında qalmaq da məsləhət görülmür.

Cinsi orqanlar. Hamiləlik zamanı qadının uşaqlığında xeyli dəyişikliklər baş verir. Uşaqlıq boynunun kanalı genişlənir, uşaqlığın selikli qişası yumşalır; bu zaman uşaqlığın selikli qişasının soruculuq qabiliyyəti də artmış olur ki, bu da cinsi yolla müxtəlif xəstəliklərə yoluxma ehtimalını xeyli artırır. Süd vəzilərinin ölçüləri və bərkliyi artır, gilələrin rəngi tündləşir, onlardan az miqdarda ilkin (yalançı) süd damcıları ifraz olunur.

 

Ardını oxu
Şərh bildir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əsas

Mədə ağrısının səbəblərindən biri – Qastrit.

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Qastrit mədənin iltihabi xəstəliyidir.Mədə soyuqladıqda, qidalanma gigyenası pozulduqda bu xəstəliklə qareşılaşa bilərik. Ac qalma, yeməklər arasında fasilənin çox olması, quru yeməklər, kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma da bu faktorlara aiddir. Streslər, uşaqda daxili diskomfort (tənhalıq, yalqızlıq hissi, valideynlər arasında olan pis münasibətlər) halları da qastritin inkişafına təkan verə bilər.

Əksər hallarda qastritin törədicisi “helikobakter pilori” bakteriyası olur. Bu bakteriyaya öpüşmək, ümumi qab-qacaq, natəmiz əllər və s. vasitəsilə yoluxma mümkündür. Yoluxmadan sonra bir neçə il ərzində xəstəlik heç bir əlamətlərlə özünü büruzə verməsə də, mədənin selikli qişasında iltihab prosesi inkişaf etməkdə davam edir. Sonradan isə ağrılar meydana çıxır.

Xroniki qastrit

Qastrit zamanı qarında sızıltılı ağrılar, gəyirmə, ağızdan qıcqırmış pis iyin gəlməsi, iştahasızlıq əlamətləri müşahidə edilir. İlk simptomlar əmələ gələn kimi tez bir zamanda həkimə müraciət etmək məsləhət görülür.

Xroniki qastrit

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə diyetanın (pəhrizin) saxlanılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Əlamətləri nəzərə alaraq əsasən süd və süd məhsulları, xörəklərdən, xüsusilə ət xörəkləri yaxşı bişmiş, yəni suda bişirilmiş halda, tərəvəz və meyvə şirələrinə üstünlük verilməlidir. Qızardılmış, yağlı, çox yüksək kalorili, həzmi çətin olan, qıcıqlandırıcı qidalardan, yəni çox ədviyyatlı kəskin yeməklərdən çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Bu xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar da ağızdan yox, inyeksiya ilə qəbul edilsin.

 

Ardını oxu

Əsas

Liposaksiya- dəb və risklər …

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Daha bir əməliyyat zamanı plastik -estetik cərrah Rəşad Abbasəliyev ilə həmsöhbət olduq. Pasientləri daha çox maraqlandıran əməliyyatdan sonrakı ağırlaşmalar haqqında suallarımızı həkimə ünvanladıq. Təbii ki, bütün cərrahi müdaxilələr özlüyündə bir risk daşıyır. Xanımlar ideal görünüşə sahib olmaq istəyirlər. Medicaltv.az komandası olaraq Lanset.az saytında sizə mütəmadi olaraq bu prosedurlar haqda məlumat verir, həkimlərimizin işlərini yayımlamağa çalışırıq. Xanımların ən çox müraciət etdikləri əməliyyatlardan biri  liposaksiya  əməliyyatıdır. Bu prosedur vasitəsilə xanımlar bədənin müxtəlif nahiyyələrindəki artıq piylərdən azad olurlar. Plastik-estetik cərrah Rəşad Abbasəliyevlə liposaksiya proseduru və onun riskləri haqqında ətraflı müzakirələr apardıq.

Lipospaksiya prosedurunun riskləri

Hər bir cərrahi əməliyyatda olduğu kimi liposaksiya da müxtəlif risk və fəsadların gözlənilə biləcəyi bir əməliyyatdır.

  • Pasiyent seçimi – dəri tonusu çox zəif, yanaşı tibbi problemləri olan, artıq çəki və liposaksiyanın verə bilməyəcəyi nəticələri tələb edən pasiyentlər bu əməliyyat üçün yararsız sayılır.
  • Qanaxma – nadir hallarda olsa da, əməliyyat zamanı və ya sonrası yarana bilər, əməliyyatdan sonra olduğu hallarda cərrahi müdaxilə və qan köçürülməsi lazım ola bilər. Əməliyyatdan 10 gün əvvəl qan durulducu, qeyri steroid iltihab əleyhinə preparatların qəbulu dayandırılmalıdır.
  • İnfeksiya – çox nadir hallarda rast gəlinir. Olarsa, antibiotiklər ilə aradan qalxır, çox az hallarda cərrahi müdaxilə tələb oluna bilər.
  • Dəri hissiyyatında azalma – hissiyyatda azalma ola bilər. Demək olar ki, bütün hallarda sərbəst olaraq aradan qalxır. Olduqca az hallarda tam itməsi rast gəlinə bilər.
  • Çapıq – əməliyyat sonrası gözəl bir yara sağalması gözlənilsə də, dəridə və ya daha aşağı qatlarda anormal çapıq əlamətləri ola bilər. Belə hallarda əlavə müalicə və bəzən də cərrahi müdaxiləyə ehtiyac duyulur.
  • Dəridə olan nahamarlıq – liposaksiyadan sonra kontur əyrilikləri və nahamarlıqlar ola bilər. Dəridə gözlə görünən və əllə hiss edilən qırışlar yarana bilər. Belə halların profilaktikası üçün əksər hallarda əməliyyatdan bir müddət sonra xüsusi fizioterapevtik (kavitasiya, elektroferez, masaj və s.) təyin olunur. Onu da qeyd edək ki, bu proseslər bəzi cərrahlar tərəfindən mütləq şəkildə təyin olunur. Nadir hallarda cərrahi müdaxiləyə ehtiyac olur.
  • Asimmetriya – liposaksiyadan sonra bədənin simmetrik görünümü olmaya bilər. Buna səbəb dəri tonusu, sümük çıxıntıları, əzələ tonusu, liposaksiyadan sonra yarana ödem və bərkimiş sahələrin qeyri-bərabər olması və geriyə sorulmanın da qeyri-bərabər getməsidir. Aparılan fizioterapevtik müalicələrlə zamanla bunlar adətən aradan qalxır, amma təkrar liposaksiyaya da ehtiyac ola bilər.
  • Ağciyər ağırlaşmaları – liposaksiya zamanı yağ damcılarının ağciyər damarlarını tıxaması (yağ emboliyası) və ya trombların hesabına yaranan emboliya olduqca çox nadir hallarda müşahidə olunur, bu vəziyyəti öncədən söyləmək mümkün deyil, bəzi hallarda isə ölümcül də ola bilər.
  • Dəri nekrozu – nadir hallarda rast gəlinir. Ultrasəs liposaskyalarında daha çox müşahidə olunur. Təkrari cərrahi mdaxilə tələb oluna bilər.
  • Seroma – liposaksiyadan sonra dəri altında nəzərə çarpmayacaq dərəcədə maye yığılması olur ki, bu da adətən heç bir iz qoymadan sorulur. Nadir hallarda isə daha çox yığılır ki, bu zaman təkrarı punksiyalara ehtiyac ola bilər.
  • Allergik reaksiyalar – çox nadir hallarda sarğılara, tikiş materiallarına, dərman preparatlarına qarşı yarana bilər. Bu zaman lazımi müalicələrin alınması tələb oluna bilər.
  • Uzun zaman nəticələri –  yaşlanma, çəki alma və ya azalma, hamiləlik, ümumi sistem xəstəliklərindən sonra dəyişikliklər yarana bilər.
  • Cərrahi anesteziya – həm yerli, həm də ümümi anesteziya ilə aparıla bilər ki, bunların da özünəməxsus riskləri vardır. Bəzi hallarda əməliyyatdan sonrakı nəticələr pasiyentlərin gözlədiyi kimi olmaya bilər. Bununla əlaqədar təkrar, korreksiyaedici əməliyyatlara ehtiyacın yaranması mümkündür.

Ardını oxu

Əsas

Sinə dikləşdirmə əməliyyatı.

admin

Paylaşıldı:

| Tarix:

Müəllif:

Plastik stetik cərrahiyyə günümüzdə xanımları ideal görnüşə qovuşduran prosedurdur. Əməliyyatlar vasitəsilə xanımlar onları narahat edən görüntüdən xilas olaraq komplekslərindən azad olurlar. Təbii ki, hər əməliyyatın öz qayası və göstərişi var. Bu gün Lanet Cərrahlıq klinikasının plastik-estetik cərrahı Rəşa Abbasəliyev qısa da olsa sinə dikləşdirmə əməliyyatı haqqında danışacaq.

Qadınlarda yaşın irəliləməsi, hormonal problemlərin yaşanması, doğumdan sonra körpə əmizdirmək, sürətli kilo alıb vermək və daha bir çox səbəbdən ötəri sinələrində sallanmalar meydana gələr. Bundan əlavə bəzi qadınlarda doğuşdan sinələri daşıyan bağların zəif olması ilə əlaqədar onlarda çox erkən yaşlarda sinələrində sallanma müşahidə edilir.  Əməliyyat xaricində sinələri yığacaq və dikləşdirəcək heç bir üsul yoxdur. Dükanlarda bəzi sinə dikləşdirici adı altında kremlər satılmaqdadır, ancaq təsirli deyil. Sinənizi idman məşqləri ilə bir az dikləşdirə bilərsiniz. Mütəmadi idmanla məşğul olsanız sinənizin əzələləri yığılır və bir az da olsa normal görünüş əldə edə bilərsiniz.  İz buraxmayan bir əməliyyat növü yoxdur. Bu əməliyyat izi çox kiçik olduğundan müəyyən zaman müddətində rəngi solğunlaşacaq və çox bilinməyəcək. Əslində estetik sinə dikləşdirmə əməliyyatında sinə ətrafınızın böyüklüyü və sinələrinizin sallanması əməliyyat izi ölçüsünü təyin edən ən böyük faktordur.

Döş dikləşdirmə əməliyyatından sonra 1 həftə evdə istirahət etməlisiniz. Bu bir həftə içərsində sinələrinizi məcbur edəcək hərəkətlər etməməyə, qollarınızı yanlara və yuxarıya doğru çox açmamağa, yerdən ağır bir şey qaldırmamağa diqqət etməlisiniz.

Döş dikləşdirmə əməliyyatı üçün qeydlər:

• Döş dikləşdirmə əməliyyatı 1 – 2 saat davam edir.

• Sinə dikləşdirmə əməliyyatından sonra eyni gün xəstəxanadan evə buraxıla bilərsiniz.

• Sinə dikləşdirmə əməliyyatından sonra ilk 10 gün içində bənövşəyilik və şişliklər ola bilər.

• Əməliyyatdan 4 gün sonra sarğını aça bilərsiniz.

Ardını oxu

Çox oxunanlar